BERC Group
Böyük Satınalma Mütəxəssisi (dövlət)
Son tarix 15 okt 2025 - Müraciət et
Partnyor qurumlarımızdan birinə “Böyük Satınalma Mütəxəssisi (dövlət)” vakansiyası üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq tenderlərin təşkili və keçirilməsi; n
- Açıqlıq və şəffaflıq prinsiplərinə əsaslanaraq satınalma prosedurlarının idarə olunması;
- Tender sənədlərinin (elan, dəvət, texniki şərtlər və müqavilə layihəsi) hazırlanması;
- Təchizatçılarla danışıqların aparılması və müqavilələrin bağlanması;
- Satınalma sənədlərinin arxivləşdirilməsi və Hesablama Palatasına hesabatların hazırlanması;
- Rüblük və illik satınalma planlarının hazırlanması və icrasına nəzarət;
- Daxili və xarici audit yoxlamaları üçün zəruri sənədlərin hazırlanması;
- Qanunvericilikdə baş verən dəyişikliklərin təqib olunması və tətbiqi.
Vəzifəyə dair tələblər və bacarıqlar:
- Ali təhsil (hüquq, iqtisadiyyat və ya idarəetmə sahəsində üstünlük verilir);
- Dövlət satınalmaları sahəsində minimum 3 il iş təcrübəsi;
- Dövlət Satınalmaları Qanunu və aidiyyəti normativ hüquqi aktlar üzrə biliklər;
- Tender.gov.az və e-procurement sistemlərindən istifadə təcrübəsi;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə və hesabat hazırlamaq bacarığı;
- Məsuliyyətli, detallara diqqətli və komandada işləmə bacarığı.
Üstünlük sayılacaq:
- Dövlət qurumlarında və ya iri büdcəli layihələrdə satınalma təcrübəsi
- Hesablama Palatası ilə işləmə və ya audit hesabatı hazırlama təcrübəsi
- Satınalma üzrə yerli və beynəlxalq təlimlərdə iştirak sertifikatları
Əmək haqqı: 2200 AZN + (müsahibə əsasında təyin ediləcək)
Qeyd olunan tələblərə uyğun gələn namizədlər Müraciət et düyməsində göstərilən müraciət linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.