Bank Respublika ASC
Dəstək Departamentində Verilənlər Bazasının Administrasiyası şöbəsinə aparıcı mütəxəssis (DBA)
Son tarix 08 yan 2024 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
- Yeni proqramların yaradılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (aidiyyatı sahə üzrə);
- VB (Oracle/Postgres) administrasiyası üzrə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (orta);
- PL/SQL və PL/pgSQL vasitəsi ilə SQL-sorğuların yazılması, prosedur və paketlərin yaradılması bacarığı;
- Oracle/PostgreSQL məlumat bazalarının inkişafı və dəstəklənməsi;
- Verilən bazalarının daxilində mövcud olan proqramlardan istifadə etmə bacarığı; (Backup/restore,export/import və s.)
- Bütün məlumat bazalarının 24/7 rejimində işləkliyini təmin etmək;
- Daxili serverlər üçün məlumat bazalarını təmin etmək;
- Proseslərin avtomatlaşdırılması üçün SQL sorğuların yazılması;
- Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
- Sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 iyul 2023-ci il tarixinədək email-in mövzu hissəsində Verilənlər Bazasının Administrasiyası şöbəsinə aparıcı mütəxəssis (DBA) qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə namizədliyinizə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Verilənlər Bazasının Proqramlaşdırılması şöbəsində aparıcı mütəxəssis/böyük mütəxəssis (SQL Developer)
Son tarix 23 dek 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Biznes strukturlardan daxil olan tələblərin analiz edilməsi;
- İstifadəçilərin tələblərinə cavab verən yeni statistik və analitik hesabatların tərtib olunması və mövcud hesabat sorğularının dəstəklənməsi;
- Mövcud sorğular üçün optimallaşdırma işlərinin (performance tuning) edilməsi;
- Komanda yoldaşlarına dəstək və tövsiyyələrin verilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- SQL/Hesabatlıq üzrə minimum 3 il bank təcrübəsi;
- Oracle SQL, PL/SQL, PostgreSQL;
- Analitik düşünmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
- Müvafiq sahə üzrə sertifikatları olan namizədə üstünlük veriləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissədə “SQL Developer” qeyd edərək, 22 Dekabr 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilərlər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Təhlükəsizlik Təminatı şöbəsinə şəbəkə təhlükəsizliyi üzrə administrator
Son tarix 23 dek 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Mövcud “NGFW Firewall”-ların administrasiyası;
- “Web Application Firewall”-un administrasiyası;
- Yeni və mövcud “Web Application”-ların təhlükəsizliyinin təhlili;
- RADIUS və TACACS+ serverlərinin administrasiyası;
- Şəbəkə, server və proqram təminatlarının zəifliklərinin aşkar edilməsi (vulnerability scanning);
- IPS sistemlərinin administrasiyası;
- 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyinin təmini;
- Email təhlükəsizliyi sisteminin administrasiyası;
- Şəbəkə və “application” üzrə monitorinq sistemlərinin administrasiyası;
- VPN rabitəsinin qurulması və təhlükəsizliyin texiniki sahəsi üzrə digər tapşırıqların icrası.
Namizədə qarşı tələblər:
- Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
- Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
- Veb təhlükəsizlik (Web Application Firewall) parametrlərinə dair biliklər;
- AAA, RADIUS, TACACS+ barədə biliklər;
- Yeni nəsil firewall-lar (NGFW) barədə biliklər;
- Anti-virus, Anti-Malware sistemləri barədə biliklər;
- Vulnerability scanning proqramı üzrə biliklər;
- Penetration testing barədə biliklər;
- Müdaxilələrin qarşısının alınması sistemləri (IPS) üzrə biliklər;
- 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi barədə biliklər;
- Email təhlükəsizliyi, monitorinq sistemi və VPN texnologiyaları üzrə biliklər;
- İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 dekabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Şəbəkə təhlükəsizliyi üzrə administrator qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Korporativ satışlar departamentinin direktor müavini
Son tarix 08 yan 2024 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Departamentin funksiyalarının icrasını tənzimləyən qayda və təlimatların hazırlanmasını təşkil etmək;
- Bankın strategiyasının hazırlanmasında iştirak etmək;
- Korporativ satışın icra olunmasına ümumi nəzarəti həyata keçirmək;
- Səlahiyyətli orqanların qərarı əsasında müxtəlif komissiya, komitə, qrup və digər qurumların tərkibində iştirak etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (İqtisadi və ya idarəetmə sahəsi üzrə);
- Yuxarıda qeyd edilmiş öhdəliklərin icrası üzrə 3 il iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan dili,Rus dili və İngilis dili;
- Korporativ biznes haqqında dərin biliklər;
- Layihələrin idarəedilməsi üzrə biliklər;
- İT arxitektura haqqında ümumi biliklər;
- Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
- Bankın işləmə prinsipləri haqqında detallı biliklər;
- Strateji baxışın olması;
- Riyazi hesablama və analitik düşünmə qabiliyyəti;
- Əla ünsiyyət bacarıqları;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Korporativ Satışlar departamentinin direktor müavini” şəklində qeyd etməklə 22 dekabr 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Aqro və mikrokreditlər üzrə mütəxəssis (Tovuz)
Son tarix 23 dek 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
- Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
- Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (əla);
- Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Tovuz filialı üzrə aqro və mikrokreditlər üzrə mütəxəssis” şəklində qeyd etməklə 22 dekabr 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.