Bank Respublika ASC
Xəzinədarlıq Departamentinin Kiçik Mütəxəssisi
Son tarix 16 dek 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Valyuta bazarlarında kredit və dilinq əməliyyatları üzrə əqdlərin bağlanmasında iştirak etmək;
- Banklararası cəlbetmə/yerləşdirmə və qiymətli kağızlar portfelinə nəzarət etmək;
- Bankın cari, qısamüddətli və uzunmüddətli likvidliyinin təmin edilməsi prosesində iştirak etmək;
- Əməkdaşlıq edilən yerli və xarici banklar ilə mütəmadi əlaqələri təmin etmək;
- Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat sahəsi üzrə təhsil arzuolunandır);
- Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili və Rus dili yaxşı səviyyədə arzuolunandır;
- Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
- Yüksək riyazi biliklər və analitik təhliletmə qabiliyyəti;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 01 dekabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Xəzinədarlıq Departamentinin kiçik mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə
Xəzinədarlıq Departamentinin aparıcı mütəxəssisi/baş mütəxəssisi
Son tarix 02 dek 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Gündəlik və digər tələb olunan analitik hesabatların hazırlanması (excel və s. proqramlarda);
- Likvidlik və valyuta mövqeyi risklərinin təhlili;
- Likvid vəsaitlərin yerləşdirilməsi və cəlb edilməsinə dəstək;
- Likvidliyin planlaşdırılması və monitorinqi üçün biznes sahələri ilə müzakirələrin aparılması;
- ALM-lə bağlı yeni biznes məhsullarının təhlili;
- Likvidliyin idarə olunması məqsədi ilə qaydaların və tənzimləyici orqanların təhlili;
- Filialların biznes fəalliyyətinin idarə olunması və tövsiyələrin verilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat sahəsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: müvafiq sahə üzrə minimum 2 il;
- Dil bilikləri: Azərbaycan dili və İngilis dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
- Excel proqramı üzrə yüksək səviyyədə biliklər (formulalar, məntiqlər, shortcuts və s.);
- Yüksək riyazi biliklər və analitik təhliletmə qabiliyyəti;
- SQL və Data management üzrə biliklərə malik namizədlərə üstünlük verilir;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 1 dekabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Xəzinədarlıq Departamentinin aparıcı mütəxəssisi/baş mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.