Bank Respublika ASC
POS-terminallarla iş üzrə kiçik mütəxəssis
Son tarix 31 okt 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- POS-terminal sifarişlərinin qəbulu və quraşdırılması üzrə zəruri işlərin həyata keçirilməsi;
- Təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması və terminalın iş prinsipinin izah olunması;
- Təsərrüfat subyektləri və filiallara POS-terminal üzrə texniki dəstəyin göstərilməsi;
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili arzuolunandır;
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
- Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
- Diqqətlilik, məsuliyyət, təşəbbüskarlıq və məqsədyönlülük;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 oktyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində POS-terminallarla iş üzrə kiçik mütəxəssis qeyd etməklə elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mobil əlavələrin inkişafı şöbəsinə aparıcı/baş IOS developer
Son tarix 11 noy 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
- Yeni proqramların yaradılması.
Namizədə qarşı tələblər:
- IOS proqramlaşdırma üzrə minimum 3 il iş təcrübəsi;
- Swift üzrə dərin biliklərə sahib olmaq;
- Kod ilə UIKit-də mürəkkəb interfeyslərin hazırlanmasında geniş təcrübəyə malik olmaq (SwiftUI bilmək üstünlükdür);
- MVC, MVVM arxitekturaları ilə geniş praktiki təcrübə (digər arxitekturalar üzrə də təcrübəyə malik olmaq üstünlükdür);
- Fərqli design pattern-lərdən istifadə üzrə praktiki təcrübə;
- RxSwift və ya Combine üzrə iş təcrübəsi arzuolunandır;
- Unit və UI testlərin yazılmasında təcrübə;
- iOS-da multithreading ilə praktiki təcrübə, thread-lər ilə rahat işləmək bacarığı;
- REST API və JSON struktur ilə iş təcrübəsi;
- CI/CD ilə iş təcrübəsi (sıfırdan CI/CD pipeline qurulmasında təcrübənin olması üstünlükdür);
- Cocoapods, SPM ilə sərbəst işləyə bilmək;
- GİT ilə geniş təcrübə;
- Apple Human interface guidelines haqqında məlumatlı olmaq;
- OOP, SOLID prinsiplərini dərindən bilmək;
- Tapşırığın vaxtında və düzgün həlli üçün analitik yanaşma bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 noyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində IOS developer qeyd edərək elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Daxili Audit Departamentinə Auditor/Aparıcı auditor
Son tarix 16 noy 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Audit olunan prosesin daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
- Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
- Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan sahəmin risk təhlilini həyata keçirmək;
- Proseslərin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (iqtisadi və ya hüquqi);
- Daxili audit, risklərin idarəolunması, daxili nəzarət və oxşar sahələrdə minimum 1 il iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
- Excel proqramında işləmək bacarığı;
- Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Auditor/Aparıcı auditor şəklində qeyd etməklə 30 oktyabr 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
PL/TMM şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi
Son tarix 31 okt 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Müştəri profilinin yaradılması zamanı Öz Müştərini Tanı (KYC) prosedurlarının düzgün tətbiq olunmasına nəzarət edilməsi;
- PL/TMM proqram təminatında müştəri profilinin sanksiya siyahıları ilə uyğunluq dərəcəsinin araşdırılması, eyniləşdirmə/verifikasiya tədbirlərinin tətbiq edilməsi;
- PL/TMM proqram təminatında müştərilərin ölkədaxili və transsərhəd ödənişlərinin gündəlik əsasda yerli və beynəlxalq sanksiya siyahıları ilə uyğunluğunun araşdırılması, ödənişlərin icrasına dair rəylərin verilməsi;
- PL/TMM proqram təminatında müştərilərin bank əməliyyatlarının monitorinq olunması, qeyri-adi, şübhəli müştəri əməliyyatlarının aşkar edilməsi, araşdırılması və təhlil hesabatlarının hazırlanması;
- Maliyyə Monitorinq Xidmətinə gündəlik əsasda hesabatların hazırlanması;
- PL/TMM şöbəsinin fəaliyyəti ilə əlaqəli filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi;
- Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların, müraciətlərin bankdaxili PL/TMM haqqında qaydalarla uyğunluğunun araşdırılması və cavablandırılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil);
- Bank sahəsində minimum 1-2 illik iş təcrübəsi;
- PL/TMM sahəsində minimum 1-2 illik iş təcrübəsinin olması arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə;
- Kompüter bilikləri: Microsoft Office Excel - yaxşı səviyyədə;
- Bank fəaliyyətini tənzimləyən Qanun və normativ qaydaların tələbləri üzrə biliklər;
- PL/TMM sahəsi ilə əlaqəli yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Araşdırma və təhlil üçün lazım olan məlumatları toplamaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və novatorluq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 oktyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində PL/TMM şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.