Xidmətlər üzrə məsləhətçi (Reception, Şəki)
Son tarix 30 dek 2021
Ümumi vəzifə öhdəlikləri:
-
Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
-
Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
-
Müştərilər arasında aparılan sorğularda iştirak;
-
Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.
Namizədə qarşı tələblər:
-
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-
İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
-
Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili orta səviyyədə arzuolunandır;
-
Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
-
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
-
Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
-
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-
Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
-
Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
-
Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
-
Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
-
Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
-
Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 dekabr 2021-ci il tarixinədək elektron ünvanına göndərə bilər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xidmətlər üzrə məsləhətçi (Reception) – Şəki filialı” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər ([email protected]).
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır