Bank Respublika ASC
Pərakəndə Bankçılıq üzrə Mütəxəssis
Son tarix 20 iyl 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;
- Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
- Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
- Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
- Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
- Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
- Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
- Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dili biliyi arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 iyul 2023-cü il tarixinədək email-in mövzu hissəsində Pərakəndə Bankçılıq üzrə mütəxəssis (MXD) qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Maliyyə institutları ilə hesablaşmalar şöbəsinin mütəxəssisi / aparıcı / baş mütəxəssisi
Son tarix 20 iyl 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Maliyyə institutları ilə bağlanan müqavilə, əqdlər və aparılan əməliyyatların bank əməliyyat sisteminə işlənməsi, müvafiq uçot hesablarının açılması, uçotun doğruluğuna nəzarət, əməliyyatlar bitdikdə müvafiq prosedurların icra edilməsi;
- Maliyyə institutları ilə bağlanan müqavilə, əqdləri və aparılan əməliyyatları müşayiət edən ödəniş və hesablaşmaların icra edilməsi;
- Maliyyə institutları ilə bağlanan müqavilə, əqdlər və əməliyyatların reyestrinin aparılması, dəyişikliklərin təqib edilməsi;
- Maliyyə institutları ilə bağlanan müqavilə, əqdlər və əməliyyatlar üzrə bankın öhdəliklərinin vaxtında və tam məbləğdə icra olunmasını təmin etmək və bu prosesə birbaşa nəzarətin həyata keçirilməsi;
- Fondlar tərəfindən maliyyələşdirilən kreditlər üzrə öhdəliklərin yaradılması və bu kreditlər üzrə ödənişlərin icrası;
- Fondlar tərəfindən maliyyələşdirilən kreditlər üzrə portfelin aparılması, nəzarəti və müvafiq sənədləşmənin icrası;
- Fondlar tərəfindən maliyyələşdirilən kreditlər üzrə rüblük və illik hesabatların hazırlanması və audit tərəfindən tələb olunan müvafiq sənədlərin təqdim olunması.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Azərbaycan dili və İngilis dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
- Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
- Analitik qabiliyyətlər;
- Bank və hesablaşma-ödəmə sistemlərində işləmək bacarığı üstünlükdür;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 iyul 2023-cü il tarixinədək, email-in mövzu hissəsində Maliyyə institutları ilə hesablaşmalar şöbəsinin mütəxəssisi-aparıcı-baş mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Problemli kreditlərin yığımı üzrə mütəxəssis (Lənkəran-Astara)
Son tarix 20 iyl 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Təhkim edildiyi filialların problemli kreditləri üzrə işi təşkil etmək;
- Problemli müştərilərlə işləmək, ödənişlərin yığılması, öz öhdəliklərini yerinə yetirməyən müştərilərin əvəzindən ödəniş etmələri məqsədilə müştərinin zəmanətçiləri ilə görüşmək;
- Borcu qaytarmayan müştərilərin mülkiyyətində olan əmlak barədə zəruri informasiya əldə etmək məqsədilə müvafiq dövlət orqanlarına sorğu göndərmək;
- Tələb olunan formada borcların yığılması, cari borclu müştərilər barədə məlumat və borcların yığılmasının nəticələrinə dair problemli kreditlərin yığımına rəhbərlik edən məsul şəxsə hesabatlar vermək;
- Borcların yığılması və hüquqi problemlərin həll edilməsinin effektiv yollarının tapılması və təmin edilməsi məqsədilə birbaşa rəhbərinə və problemli kreditlərin yığımına rəhbərlik edən şəxsə yardımçı olmaq, cari sistem, prosedur və siyasətlərlə bağlı təkmilləşdirmə barədə təkliflər vermək.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Borcların yığılması və problemli müştərilərlə iş üzrə 3 il təcrübə;
- Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
- Dil bilikləri: Azərbaycan və rus dili əla;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 iyul 2023-cü il tarixinədək emailin mövzu hissəsində Problemli kreditlərin yığımı üzrə mütəxəssis (Lənkəran-Astara) qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İnsan Resursları Departamentində Təcrübə Proqramı
Son tarix 20 iyl 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin uçotunu aparmaq;
- Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
- Əmr, sərəncam, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunun aparılması;
- İR üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
- MS Office proqramları üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- Komandada işləmək bacarığı;
- Operativlik, dəqiqlik və səliqəlilik;
- Ünsiyyət qurmaq və icraçılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 iyul 2023-cü il tarixinədək email-in mövzu hissəsində İnsan Resursları Departamentində təcrübə proqramı qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.