Bank Respublika ASC
Kassir (Bakı)
Son tarix 30 sen 2023 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
- Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
- Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.
Namizədə qarşı tələblər:
- Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
- Yüksək ünsiyyət bacarığı;
- Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Kassir (Bakı) qeyd etməklə 29 sentyabr 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Telemarketinq üzrə kiçik mütəxəssis
Son tarix 30 sen 2023 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Təqdim edilmiş müştəri bazası üzrə telefon zənglərinin edilməsi;
- Telefon vasitəsi ilə müştərinin biznesinin ilkin minimal analizi;
- Müştərilərə telefon vasitəsi ilə aqro və mikrokredit məhsullarının təklif edilməsi və satış.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- Təcrübə: Telemarketinq sahəsi üzrə minimum 6 ay iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (yaxşı);
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 sentyabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Telemarketinq üzrə kiçik mütəxəssis qeyd etməklə elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Pərakəndə bankçılıq üzrə kiçik mütəxəssis (Sabirabad)
Son tarix 30 sen 2023 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;
- Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
- Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
- Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
- Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
- Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
- Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
- Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 6 ay iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dili biliyi arzuolunandır;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 sentyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində Pərakəndə Bankçılıq üzrə kiçik mütəxəssis (Sabirabad) qeyd etməklə elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İFRS üzrə aparıcı/baş mütəxəssis
Son tarix 30 sen 2023 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bank və onun konsolidasiya olunan törəmə müəssisələrinin maliyyə hesabatlarını İFRS-ə uyğun olaraq və həmçinin bankdaxili qaydalara əsasən təhlil edir, İFRS əsasında hesabatların tərtibi məqsədi ilə onları yoxlayıb qəbul edir, İFRS-ə uyğun hesabatları hazırlayır;
- Bankda aparılan kənar audit zamanı auditorlarla iş prosesində sıx əməkdaşlıq edir, kənar auditorlarla bankın aidiyyatı struktur bölmələri arasında əlaqələndirmə işləri aparır, işlərin müqavilə üzrə nəzərdə tutulmuş tarixlərdə təhvilinə nəzarəti həyata keçirir, audit rəyinin və İFRS əsasında yekun maliyyə hesabatlarının hazırlanmasında yaranan bütün sualların aradan qaldırılmasında dəstək göstərir, müvafiq düzəliş faylları və qeydlərini (disclosures) hazılayır;
- İFRS-də aparılan hər hansı əlavə və dəyişiklikləri nəzərə alır, bununla bağlı aidiyyatı şəxsləri məlumatlandırır.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- ACCA sertifikatları (Financial Accounting, Financial Reporting, Financial Managment);
- İFRS əsasında hesabat hazılanması ilə bağlı iş təcrübəsi;
- Azərbaycan dili və İngilis dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
- Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
- SQL və “Data management”-ə aid sair bacarıqlar üstünlükdür;
- Analitik qabiliyyətlər;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 sentyabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində İFRS üzrə aparıcı/baş mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.