Bank Respublika ASC
Goranboy filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis
Son tarix 12 sen 2025 - Müraciət et
Təsvir
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
- Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
- Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.
Tələblər
- Ali təhsil;
- Mikro və aqro kreditləri sahəsi üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (əla);
- Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Risklərin İdarə Edilməsi Departamentində Monitorinq şöbəsinin mütəxəssisi/ baş mütəxəssisi
Son tarix 12 sen 2025 Müraciət et
Təsvir
- Filialların kredit portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
- Filiallarda verilmiş kreditləri monitorinq etmək və monitorinq olunan kreditlərin keyfiyyətini qiymətləndirmək;
- Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
- Risk sahəsi üzrə sertifikatların olması üstünlükdür;
- Təcrübə: Bankda biznes və istehlak kreditləri üzrə minimum 1 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və Ingilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsimMütəxəssis
- TəhsilmBakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.