Bank Respublika ASC
Tovuz filialı, Korporativ müştəri xidmətləri üzrə mütəxəssis
Son tarix 03 avq 2025 - Müraciət et
Təsvir
- Bankın korporativ müştərilərinə xidmət etmək, istiqamət üzrə tələb olunan bütün sənədlərin rəsmiləşdirilməsini aparmaq;
- Əməliyyat proseslərini müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun icra etmək;
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat vermək;
- Çarpaz satış əməliyyatlarının həyata keçirilməsi və işin davamlılığını təmin etmək.
Tələblər
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri arzuolunandır;
- İş təcrübəsi: Korporativ müştərilərə xidmət üzrə 1 illik iş təcrübəsi arzuolunandır;
- Təqdim olunan məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Operativ və çevik işləmə qabiliyyəti, məsuliyyətlilik;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandada işləmək bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.
KOB kreditləri üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis (Bakı filialları)
Son tarix 03 avq 2025 Müraciət e
Təsvir
- Banka yeni müştərilərin cəlb edilməsi məqsədi ilə marketinq vizitlərini həyata keçirmək;
- Müştərilərə bankın KOB kredit və qeyri kredit məhsulları haqqında ətraflı və dolğun məlumat və məsləhətlər vermək;
- Rəhbərlik tərəfindən qoyulmuş planlara uyğun olaraq müştəri bazasını yaratmaq;
- Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlamaq;
Tələblər
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
- Kredit sahəsi üzrə minimum 1 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, ingilis və rus dilləri arzu olunandır;
- MS Office proqramları üzrə biliklər;
- Analitik düşünmə qabiliyyəti;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Satış etmək, danışıqlar aparmaq, müştəri bazası toplamaq bacarığı;
- Bank fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklər;
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.