Bank Respublika ASC
Məsafədən xidmət kanallarının inkişafı şöbəsində kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis
Son tarix 01 mar 2024 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Mövcud Mobil və İnternet bankçılıq xidmətlərinə dəstək komandası çərçivəsində qeyd olunan sistemlər üzrə tənzimləmələrin aparılması;
- Müştərilərdən korporativ mobil telefon və WhatsApp vasitəsilə daxil olan müraciətlərə baxılması;
- Sistemlər üzrə bankdaxili sorğuların cavablandırılması.
Namizədə qarşı tələblər:
- Yüksək məsuliyyət və dəqiqlik;
- Komanda şəklində çalışmaq və müzakirələr aparmaq bacarığı;
- Fikrini düzgün və dolğun çatdıra bilmək;
- Stressə davamlı, çalışqan, öyrənəbilmək və ünsiyyətqurmaq bacarığı;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili biliyi arzuolunandır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissədə “Rəqəmsal bankçılıq üzrə mütəxəssis” (support) qeyd edərək, 29 fevral 2024-cü il tarixinədək elektron ünvanına göndərə bilərlər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Rəqəmsal Bankçılıq və Biznes Proseslərin İnkişafı departamentinin sistem analitiki
Son tarix 01 mar 2024 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Proqram təminatının hazırlanması üzrə texniki tapşırıqların tərtibi;
- Proqram təminatının funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
- Proqram təminatının daxili biznes məntiqinin inkişaf etdirilməsi və keyfiyyətinə nəzarət;
- Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
- Daxili hesabatların hazırlanması və onların təhlili.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Analitika sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
- BPMN bilikləri;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər.
- Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
- SQL bilikləri arzuolunandır;
- API baza bilikləri arzuolunandır;
- Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
- Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
- Stressə davamlı, çalışqan və ünsiyyətçil;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissədə “ Sistem analitiki ” qeyd edərək, 29 fevral 2024-cü il tarixinədək elektron ünvanına göndərə bilərlər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.