Bank Respublika ASC
Pərakəndə Bankçılıq üzrə mütəxəssis (Naxçıvan filialı)
Son tarix 16 yan 2025 - Müraciət et
Təsvir
- Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;
 - Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
 - Bank kartları, Təcili Pul köçürmələri, əməliyyatlar aparmaq;
 - Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
 - Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
 - Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
 - Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
 - Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.
 
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
 - İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
 - Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dili biliyi arzuolunandır;
 - MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
 - Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
 - Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
 - Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.
 
Vakansiya haqqında
- Son tarix yanvar 16, 2025
 - Paylaşılıb dekabr 28, 2024
 - Vakansiya növü Tam ştat
 


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







