Bank Respublika ASC
Mobil və Web tətbiqlər üzrə tester
Son tarix 28 noy 2024 Müraciət et
Təsvir:
- Mövcud tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
 - Tətbiqlərin daxili biznes məntiqinin inkişaf etdirilməsi;
 - Tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
 - Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması.
 
Tələblər:
- Ali təhsil;
 - Mobil və ya Web tətbiqlərin testləşməsi üzrə minimum 1 il iş təcrübəsi;
 - Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
 - API baza bilikləri arzuolunandır;
 - Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
 - Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
 - Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
 - Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
 
Bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







