Bank Respublika ASC
Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis/aparıcı mütəxəssis (Tovuz filialı)
Son tarix 16 yan 2024 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
 - Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
 - Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
 - Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
 - Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.
 
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
 - İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
 - Dil bilikləri: Azərbaycan dili (əla);
 - Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
 - Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
 - Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
 - Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
 - Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
 - Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
 - Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Tovuz filialı üzrə aqro və mikrokreditlər üzrə və mikrokreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis/aparıcı mütəxəssis” şəklində qeyd etməklə 15 yanvar 2024-cü il tarixinədək elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







