Bank Respublika ASC
Pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsinin (PL/TMM) mütəxəssisi
Son tarix 01 dek 2023 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Müştəri profilinin yaradılması zamanı Öz Müştərini Tanı (KYC) prosedurlarının düzgün tətbiq olunmasına nəzarət edilməsi;
 - PL/TMM proqram təminatında müştəri profilinin sanksiya siyahıları ilə uyğunluq dərəcəsinin araşdırılması, eyniləşdirmə/verifikasiya tədbirlərinin tətbiq edilməsi;
 - PL/TMM proqram təminatında müştərilərin ölkədaxili və transsərhəd ödənişlərinin gündəlik əsasda yerli və beynəlxalq sanksiya siyahıları ilə uyğunluğunun araşdırılması, ödənişlərin icrasına dair rəylərin verilməsi;
 - Maliyyə Monitorinq Xidmətinə gündəlik əsasda hesabatların hazırlanması;
 - PL/TMM şöbəsinin fəaliyyəti ilə əlaqəli filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi;
 - Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların, müraciətlərin bankdaxili PL/TMM haqqında qaydalarla uyğunluğunun araşdırılması və cavablandırılması.
 
Namizədə qarşı tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat üzrə təhsil);
 - Bank sahəsində ən azı 1-2 illik iş təcrübəsi;
 - Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə;
 - Kompüter bilikləri: Microsoft Office Excel - yaxşı səviyyədə;
 - Bank fəaliyyətini tənzimləyən normativ qaydaların tələbləri üzrə biliklər;
 - Araşdırma və təhlil üçün tələb olunan məlumatı toplama bacarığı;
 - Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
 - Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
 - Məsuliyyətlilik və təşəbbüskarlıq.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 noyabr 2023-cü il tarixinədək, email-in mövzu hissəsində PL/TMM şöbəsinin mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







