Bank Respublika ASC
Korporativ bankçılıq üzrə mütəxəssis (Bakıxanov və Neftçilər filialları)
Son tarix 30 noy 2023 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
 - Bankın korporativ müştərilərinə xidmət etmək;
 - Hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
 - Əmanət hesabları üzrə faizlər və əmanətin ödənilməsini həyata keçirmək;
 - Hesablar üzrə tələb olunan bütün əməliyyatları icra etmək;
 - Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
 - Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
 
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
 - Aidiyyati sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
 - Dil bilikləri: Azərbaycan dili (əla);
 - Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
 - Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
 - Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
 - Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 noyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində aşağıdakılardan müvafiq olanı qeyd etməklə elektron ünvanına göndərə bilər:
- Korporativ bankçılıq üzrə mütəxəssis (Bakıxanov)
 - Korporativ bankçılıq üzrə mütəxəssis (Neftçilər)
 
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







