Xidmət bölməsinin kiçik eksperti (Yeni Gəncə filialı)
Son tarix 13 may 2022
Əsas vəzifə və öhdəliklər:
-
Fiziki və hüquqi şəxslərə bankın əmanət məhsulları haqqında məlumat verilməsi
-
Bağlanılacaq əmanət müqavilələrinin rəsmiləşdirilməsi
-
Fiziki və hüquqi şəxslər üzrə bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanması
-
Müştəriyə kassa-hesablaşma xidmətlərinin göstərilməsi, bütün növ tapşırıq sənədlərinin hazırlanması
Vakansiyaya kimlər müraciət edə bilər:
-
Ali təhsilli şəxslər
-
Azərbaycan dili üzrə əla yazılı və şifahi ünsiyyət bacarığı olanlar (Rus və İngilis dili arzuolunandır.)
-
MS Office proqramları ilə işləmək bacarığı olanlar
-
Karyerasını bank sektorunda qurmaq üçün yüksək motivasiyası olan gənclər
-
Yüksək ünsiyyət bacarığına, məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olan şəxslər
İş yeri: Gəncə şəhəri
Müraciət qaydası:
Yuxarıdakı tələblərə uyğun namizədlər qeyd edilən link vasitəsilə
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya öz CV-lərini [email protected] ünvanına göndərə, yaxud da Yeni Gəncə filialına təqdim edə bilərlər. Məktubun mövzu hissəsində Xidmət – Yeni Gəncə sözünü qeyd etməyi unutmayın! Əks halda namizədliyiniz bu vəzifə üzrə dəyərləndirilməyəcəkdir. Yalnız ilkin seçimdən keçmiş şəxslərlə əlaqə saxlanılacaqdır.
Biznes analitik
Son tarix 12 may 2022
Əsas vəzifə və öhdəliklər:
- İstifadəçi tələblərinin toplanması üçün bank əməkdaşları ilə görüş və analitik intervyuların həyata keçirilməsi;
- Biznes proseslər üzrə texniki sənədlərin (texniki tapşırıq, use-case, uml diaqramlar, istifadəçi təlimatları) hazırlanması;
- Layihələrin texniki rəhbərləri ilə texniki tapşırıqların müzakirəsi və komanda ilə görüləcək işlərin və layihə planın hazırlanmasında iştirak;
- Proqramlaşdırma mərhələsində sistemin tələbləri və analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi;
- Hazırlanmış proqram təminatlarının və yeni funksionallıqların testlərinin aparılması.
Tələblər:
- İnformasiya texnologiyaları və ya maliyyə ixtisasları üzrə ali təhsil;
- Biznes analitik kimi ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər;
- Kompüter bilikləri: MS Word, MS Excel, MS Project, MS Visio;
- Task Management sistemlərinin hər hansı biri ilə işləmə bacarığı (Jira, trello və s.);
- Wireframe, mockup, prototyping alətlərindən istifadə etmək bacarığı;
- SQL üzrə biliklər;
- Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması;
- Ünsiyyət və təşkilati bacarıqlarının yüksək səviyyədə olması;
- İş yükünü prioritetləşdirə bilmək, həmçinin müstəqil və komanda şəklində işləmək bacarığının olması.
İş qrafiki: 5 iş günü, 09:00-18:00
İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Biznes analitik qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.