Bank BTB
Çağrı mərkəzi operatoru
Son tarix 05 yan 2024 [email protected]
İş barədə məlumat:
- 946 “Qaynar Xətt”-inə gələn zəngləri, sosial şəbəkə kanallarına gələn müraciətləri cavablandırmaq;
- Müştərilərə xidmətlərlə bağlı məlumat vermək;
- Sifarişi aidiyyatı xidmət bölməsinə yönəltmək;
- Zənglərin qeydiyyatını aparmaq və statistik hesabatlar hazırlamaq;
- Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək, yaranmış problemləri aidiyyatı bölmələrə yönləndirmək;
Namizədə tələblər:
- Ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
- Bank sahəsində iş təcrübəsi;
- Aydın intonasiya ilə danışıq bacarığı;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Ünsiyyətqurma bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Stressə davamlılıq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Operator) göstərməyiniz xahiş olunur.
Daxili Audit departamentinin Auditoru
Son tarix 05 yan 2024 [email protected]
İş barədə məlumat:
- İllik Audit planına və plandan kənar qrafikə əsasən Bankın struktur bölmələrində auditin həyata keçirilməsi;
- Yoxlama zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair tədbirlərin tərtib edilməsi, səmərəli təkliflərin verilməsi;
- Audit tövsiyyələrinin icra səviyyəsinin yoxlanılması;
- Aparılmış audit yoxlamalarına dair hesabat və rəylərin hazırlanması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və lazımi qaydada hesabatların verilməsi
Namizədə tələblər:
- Ali təhsil;
- Bank Qanunvericiliyinə dair ümumi biliklər;
- Bankın əməliyyat və kreditləşmə sahəsinə dair təcrübə;
- Analitik təfəkkür, təhlil və risklərin müəyyənləşdirilməsi qabiliyyəti;
- Yeni məlumatları qəbul edə və tətbiq edə bilmə bacarığı;
- Komandada işləmək və kommunikasiya bacarığı;
- Özünütənqid, işində intizamlı, stressə davamlı və inkişafa meyilli;
- MS Office proqramlarında keyfiyyətli işləmək biliyi;
- Bank sahəsində iş təcrübəsi minimum 1 il
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Auditor) göstərməyiniz xahiş olunur.