Bank Avrasiya
Biznesin İnkişafı Departamentinin Direktoru
Son tarix 05 mar 2024 - [email protected]
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali iqtisadi və ya biznes üzrə təhsil
- Bu sahədə ən azı 3 il iş ştajı
- Xarici dil bilikləri
- MS Office proqramlarının bilikləri
- Strateji düşünmə və analitik təhlil bacarığı
- Yaradıcılıq bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
- Bankın müsbət imicinin formalaşması və onun daim yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir;
- reklam və təşviqat üzrə siyasətini, ona əlavə və dəyişikliklərin layihələrini hazırlayır;
- Bankın fəaliyyət göstərdiyi makro və mikro mühiti daim təhlil edir və hesabatlar hazırlayır;
- strateji hədəflərinin yerinə yetirilməsinin təmin olunması üçün əməliyyat planlarını hazırlayır;
- strateji, əməliyyat və maliyyə planlarının uzlaşmasını həyata keçirir;
- beynəlxalq əlaqələr qurur və idarə edir;
- davamlı sürətdə bankdaxili proseslərin təhlilini təşkil edir, onların səmərəliliyinin artırılması üçün tədbirlər görür;
- bankdaxili prosedur və təlimatların, habelə digər bütün növ normativ xarakterli sənədlərin hazırlanmasını və təkmilləşdirilməsini əlaqələndirir;
- departamentin işini planlaşdırır və təşkil edir.
Xahiş olunur mövzu hissəsində Biznesin İnkişafı Departamentinin Direktoru vəzifəsini qeyd edib CV e-mail ünvanına göndərəsiniz.