Baku Steel Company CJSC
Hesabatlılıq və təhlil üzrə aparıcı mütəxəssis
Son tarix 17 mar 2026 - Müraciət et
İşin qısa təsviri
- Müəssisə və törəmə müəssisələrin maliyyə və mühasibatlıq əməliyyatlarının təhlilində iştirak etmək, maliyyə hesabatlarının hazırlanması və IFRS standartlarına uyğunluğunun təmin edilməsinə dəstək göstərmək;
Öhdəliklər və məsuliyyətlər
- Aylıq, rüblük və illik daxili maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Maliyyə hesabatlarının IFRS standartlarına uyğun tərtibində iştirak;
- İstehsal məlumatlarının yoxlanılması və uçot qeydlərində düzgün əks olunmasına nəzarət;
- İstehsal maya dəyərinin, məhsul üzrə rentabelliyin və xərc strukturunun təhlili;
- Konsolidə olunmuş maliyyə hesabatlarının hazırlanması prosesində iştirak;
- Xarici audit prosesində iştirak və auditor sorğularının cavablandırılması;
- Maliyyə göstəricilərinin təhlili və rəhbərliyə analitik dəstəyin göstərilməsi;
Tələblər
Təhsil
- Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
Təcrübə
- Maliyyə sahəsində minimum 2 il iş təcrübəsi;
- İstehsal sektorunda təcrübə üstünlükdür;
Texniki biliklər
- Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə biliklər;
- IFRS bilikləri;
- Yüksək səviyyədə Excel bacarığı;
- SAP (FI, CO modulları) üzrə biliklərə üstünlük verilir;
- Power BI ilə işləmə bacarığı;
Sertifikatlar
- ACCA, CPA və ya ekvivalent beynəlxalq sertifikatlar arzuolunandır;
Dil bilikləri
- Azərbaycan dili – ana dili;
- İngilis və rus dili – arzuolunandır;
Şəxsi keyfiyyətlər
- Analitik düşünmə qabiliyyəti;
- Detallara diqqət;
- Yüksək məsuliyyətlilik;
- Komanda ilə işləmə bacarığı;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Maliyyə departamentində Baş mütəxəssis
Son tarix 17 mar 2026 Müraciət et
İşin qısa təsviri:
- Şirkətin maliyyə hesabatlarının düzgün, şəffaf və vaxtında hazırlanmasını təmin etmək, istehsal fəaliyyətinin maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə analitik dəstək göstərmək.
Əsas vəzifə və məsuliyyətlər:
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
- Mənfəət və zərər hesabatı, balans və pul vəsaitlərinin hərəkəti hesabatlarının tərtibi və təhlili;
- IFRS və ya milli uçot standartlarına uyğun uçot siyasətinin tətbiqinə nəzarət;
- Hesab qalıqlarının düzgünlüyünün yoxlanılması və uzlaşdırmaların aparılması;
- Konsolidasiya prosesində iştirak və konsolidə edilmiş hesabatların hazırlanması;
- Daxili və xarici audit proseslərində iştirak, auditor sorğularının cavablandırılması;
- Birbaşa və dolayı xərclərin strukturunun təhlili və optimallaşdırılması üzrə təkliflərin verilməsi;
Tələblər
Təhsil:
- Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
Təcrübə:
- Minimum 5 il maliyyə sahəsində iş təcrübəsi;
- İstehsal sektorunda təcrübə üstünlükdür;
Texniki biliklər:
- IFRS bilikləri – mütləq;
- SAP (FI, CO modulları) – üstünlük;
- Yüksək səviyyədə Excel bilikləri;
- Power BI ilə işləmə bacarığı;
Sertifikatlar:
- ACCA, CPA, CFA və ya ekvivalent beynəlxalq sertifikatlar üstünlükdür;
Dil bilikləri:
- Azərbaycan dili – ana dili;
- İngilis və rus dili – arzuolunandır;
Şəxsi keyfiyyətlər:
- Analitik düşünmə və hesabat hazırlama bacarığı;
- Təqdimat bacarığı;
- Yüksək məsuliyyətlilik;
- Detallara diqqət;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











