Baku Steel Company CJSC
Mexanika mühəndisi
Son tarix 22 iyl 2025 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Müəssisənin avadanlıqları üzrə illik cari və əsaslı təmir planlarının hazırlanmasını həyata keçirmək;
- Mexanika sahəsi üzrə illik tələb olunan mal-material siyahısının tərtib olunması və büdcəsinin hazırlanması;
- Təmir ediləcək avadanlığın konstruktiv xüsusiyyətlərini, mexanizmini və kinematik sxemlərini, təmir və montaj metodlarını bilmək; təmir olunmuş avadanlığın dəqiqliyini və sınaqdan keçirilməsini təmin etmək;
- Avadanlıqların vaxtaşırı yoxlanılmasını təşkil etmək və yoxlama nəticələrinə əsasən plandan kənar təmir işlərini həyata keçirmək;
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı fəaliyyətini təmin etmək; onların saz vəziyyətdə və tələb olunan səviyyədə saxlanmasına nəzarət etmək;
- İstehsalatın texniki hazırlığını təmin etmək; tələb olunduqda təmir üçün podratçı təşkilatlarla plan (qrafik) razılaşdırmaq, onları lazımi texniki sənədlərlə təmin etmək və əsaslı təmir üçün siyahıların hazırlanmasında iştirak etmək;
- Texniki çertyojlarla işləməyi bacarmaq və detalların sifarişi zamanı düzgün çertyojun təqdim olunmasını təmin etmək;
- Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək və əmək funksiyalarına əməl etmək.
Namizədə tələblər:
- Ali təhsil (Mexanika mühəndisliyi üzrə);
- Mexanika mühəndisliyi sahəsində minimum 2 il iş təcrübəsi (daha təcrübəli namizədlərə üstünlük verilir);
- Rus və ingilis dillərini bilmək arzuolunandır;
- Microsoft Office proqramlarında işləmək bacarığı.
Digər məlumatlar:
- İş yeri: Baku Steel Company, "Azərboru" İstehsalat Sahəsi, Sumqayıt şəhəri.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
İstehsalatın planlanması şöbəsi - mütəxəssis
Son tarix 22 iyl 2025 Müraciət et
Əsas vəzifə öhdəlikləri:
- İstehsalatın texnoloji proseslərinin təşkili və rəhbərliyini həyata keçirmək, məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına və təsdiq olunmuş texnologiyanın icrasına nəzarət etmək;
- Müəssisədə istehsalat tapşırıqlarının hazırlanması, yeni texnika və texnologiyaların tətbiqi, eləcə də yeni növ məhsulların istehsalına dair tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;
- İstehsalat sexləri ilə birlikdə texnoloji təlimatların, texniki şərtlərin, xammal və materialların sərf normalarının hazırlanması və yerinə yetirilməsinə nəzarət etmək;
- Standartlaşdırma və sertifikasiya proseslərini təşkil etmək, müəssisədə qüvvədə olan standart və texniki şərtlərin tətbiqinə nəzarət etmək;
- Yeni tikilən istehsalat sahələrinin, qurğuların və texniki vasitələrin istismara verilməsi, mövcud istehsal sahələrinin genişləndirilməsi və inkişafı ilə bağlı işlərdə iştirak etmək;
- Texnoloji avadanlıqlarda baş verən qəzaların araşdırılmasında və onların qarşısının alınması üçün tədbirlərin hazırlanmasında iştirak etmək;
- Zay və keyfiyyətsiz məhsul istehsalının səbəblərini araşdırmaq, Keyfiyyətə Nəzarət Şöbəsi və istehsalat sexləri ilə birlikdə məhsulun keyfiyyətinin artırılması və istehsalat itkilərinin azaldılması üçün tədbirlər hazırlamaq və onların icrasına nəzarət etmək;
- Müəssisənin sex və şöbələrində texnoloji təlimatların, texniki şərtlərin yerinə yetirilməsinə, yeni texnika və texnologiyaların, qabaqcıl təcrübənin və elmi-tədqiqat tövsiyələrinin tətbiqinə nəzarət etmək;
- İstehsalat Departamentinin qarşısında qoyulmuş vəzifə və funksiyaların icrası üçün zəruri sənədləri müvafiq struktur bölmələrindən tələb etmək;
- Sex rəhbərliyi tərəfindən normativ sənədlərin tələblərinin pozulması, keyfiyyətsiz məhsul istehsalı və xammal/materialların izafi sərfi hallarını araşdırmaq və bununla bağlı rəhbərliyə tədbir görülməsi üçün təkliflər vermək;
- İstehsalat sexləri və xidmət sahələrində fərqlənmiş işçilərin mükafatlandırılması ilə bağlı təkliflər hazırlamaq.
Tələblər:
- Ali təhsil;
- Minimum 1 il iş təcrübəsi (istehsalat sahəsində təcrübəyə üstünlük verilir);
- ISO 9001 (Keyfiyyət İdarəetmə Sistemi) standartı barədə ümumi məlumatlı olmaq;
- İşdə dəqiqlik və detallara diqqət yetirmə bacarığı;
- Yaxşı ünsiyyət qurmaq, rabitə və komanda ilə işləmək bacarığı.
Digər məlumatlar:
- İş yeri: Baku Steel Company, "Azərboru" İstehsalat Sahəsi, Sumqayıt şəhəri.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.