Baku Steel Company CJSC
Korporativ Hüquqşünas
Son tarix 10 noy 2023 - Müraciət et
Təsvir:
- Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
- Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və viza vermək;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Müqavilələrin sistemləşdirilməsi işinin təşkilinə yardım və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.
- Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
- Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
- Nizamnamə və ona əlavələrin, şirkətin struktur bölmələrinin əsasnamələrinin və digər korporativ sənədlərin hazırlanması, nəzərdən keçirilib rəy verilməsi,
Tələblər:
- Hüquq üzrə ali təhsil (magistr dərəcəsi olması üstünlükdür);
- Hüquq sahəsində 3 ildən az almayaraq iş təcrübəsi;
- Namizəd AR-nın Mülki, Əmək, Vergi və s. mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməlidir;
- Azərbaycan dili və rus dilini mükəmməl səviyyədə bilmək (ingilis dillərini bilməsi üstünlükdür);
- MS Office proqramlarından sərbəst istifadə bacarığı olmalıdır;
SƏTƏMM üzrə nəzarətçi / baş nəzarətçi
Son tarix 10 noy 2023 Müraciət et
Təsvir:
- Müəssisənin bütün bölmə və istehsalat sahələrində əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə qüvvədə olan qanunvericiliyin, qayda və normaların, təlimatların, istehsalat sanitariya-gigiyenasının tələblərinə riayət edilməsinə nəzarət etmək.
- Aşkarlanmış pozuntularla bağlı icrası məcburi olan xəbərdarlıqlar vermək .
- Əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılması və işçilərin sağlamlığının möhkəmləndirilməsi üçün perspektiv və illik planların layihəsinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
- İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatların tələblərini yerinə yetirmələrinə, xüsusi geyim, ayaqqabı və FMV-dən düzgün istifadə etmələrinə nəzarət etmək.
- İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək.
- Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
- İşçilərə təhlükəsizlik qaydalarının əhəmiyyətini bildirmək və əməl olunmasına nəzarət etmək.
- Şirkətin siyasətinə uyğun olaraq SƏTƏMM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat hazırlamaq.
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi
- İstehsalat və metallurgiya sahələrində iş təcrübəsi üstünlükdür
- MC Office proqramlarında sərbəst istifadə bacarığı
- İngilis və Rus dili biliyi üstünlükdür