Baku Electronics
Korporativ satış üzrə kiçik mütəxəssis
Son tarix 11 avq 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Korporativ əməkdaşlıq çərçivəsində müvafiq müqavilələrin hazırlanması və sistemə əlavə edilməsi;
- Müvafiq sənədlərin arxivləşdirilməsi;
- Hüquq şöbəsindən yeni müqavilələrə dair rəy alınması;
- Müştərilərə müvafiq sənədlərin ünvanlanması;
- Müştəri tərəfindən tələb olunan müvafiq sənədlərin tərtib və təmin olunması (prekvalifikasiya forması, qiymətləndirmə forması və s.);
- Məhsulun geri qaytarma və dəyişdirmə halları olduğu təqdirdə həllinin təmin olunması;
- Servis və çatdırılma proseslərinə nəzarətin həyata keçirilməsi;
- Tenderdə iştirak üçün zəruri sənədlərin təmin olunması;
- Zəmanət talonların hazır edilməsi;
- Müştərilərə “soyuq” zənglərin edilməsinin icrası;
- Mağazalarla məhsulların mövcudluğunun araşdırılması;
- Müştərilərlə satışın stimullaşdırılması və müştəri məmnuniyətinin ölçülməsi məqsədi ilə telefon zənglərinin həyata keçirilməsi;
- Müştəri borcları üzrə məlumatların təmin olunması və müqavilənin tələblərindən irəli gələn maliyyə sənədlərinin Maliyyə departamentinə təqdim edilməsi (Hesab-faktura, qaimə-faktura);
- KPI tələblərə uyğun gündəlik digər işlərin icra olunması;
- Daxili CRM sisteminə nəzarət edilməsi;
- Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək;
- Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmək;
- Baş verən fors major hadisələr barədə rəhbərinə məlumat vermək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında yerinə yetirmək;
Tələblər:
- Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını yerinə yetirmək;
- Əmək və nizam-intizam qaydalarına riayət etmək;
- İş mühitinə uyğunlaşmaq, kollektivlə birgə işləmək;
- Vəzifədən irəli gələn təlimatları, prosedurları yerinə yetirmək;
- Loyallıq və şirkət qaydalarına riayət etmək;
- Stresə davamlı olmaq;
- İnkişafa meylli olmaq;
- Təşəbbüskar olmaq;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək;
İş şəraiti:
- İş yeri: Baş ofis
- İş qrafiki: 5 günlük, 09:00-18:00
- Əmək haqqı: müsahibə əsasında
Qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.
Hüquqşünas
Son tarix 11 avq 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- İqtisadiyyat Nazirliyinin Antiinhisar idarəsinin və digər istelakçı hüquqlarının müdafiəsi təşkilatlarının məktublarını araşdırmaq və cavablandırmaq;
- Rus və ingilis dilində olan müqavilələri oxumaq, qeydlər etmək və şöbə müdirinə müvafiq müqavilə barədə ətraflı məlumat vermək;
- Notariusda tələb olunan hüquqi sənədlərin, sənədlərin surətlərinin və digər aktların təsdiqini həyata keçirmək;
- Dövlət Miqrasiya Xidmətinə müraciətləri hazırlamaq və lazım olan sənədlərin təhvil – qəbul edilməsi üçün müvafiq təşkilata getmək;
- Təşkilatın hüquqi sənədlərinin və müqavilələrinin tərcüməsi işini həyata keçirmək;
- Təşkilatın hüquqi sənədlərinin və müqavilələrinin leqallaşdırılması və apostil olunması üçün Xarici İşlər Nazirliyinə müraciət etmək;
- Departament direktoruna, şöbə müdirinə işlər barədə hesabat vermək;
- Lazımi qaydada digər tapşırıqları icra etmək;
- Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək;
- Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmək;
- Baş verən fors major hadisələr barədə rəhbərinə məlumat vermək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında yerinə yetirmək.
Tələblər:
- Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını yerinə yetirmək;
- Vəzifədən irəli gələn təlimatları, prosedurları yerinə yetirmək;
- Loyallıq və şirkət qaydalarına riayət etmək;
- İnkişafa meylli olmaq;
- Təşəbbüskar olmaq;
- Qanun və ya digər normativ-hüquqi aktları bilmək və tətbiq etmək bacarığı;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək
- Azərbaycan dilini səlis, rus və ingilis dilini yaxşı səviyyədə bilmək;
- Hüquq sahəsində minimal 5 il iş təcrübəsi.
İş şəraiti:
- İş yeri: Baş ofis
- İş qrafiki: 5 günlük, 09:00-18:00
- Əmək haqqı: müsahibə əsasında
Qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.
Kiçik kredit işçisi
Son tarix 12 avq 2024 Müraciət et
Tələblər:
- Yaş həddi: 21-30 yaş
- İqtisadiyyat yönümlü ali təhsil
- İş təcrübəsi arzu olunandı
- Azərbaycan dili yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandır
- MS Office proqram (xüsusilə Word və Excel) bilikləri
- Analitik düşünmə, təşəbbüskarlık qabiliyyəti və dəqiqlik
- Komandada işləmə, yüksək ünsiyyət və təqdim etmə qabiliyyəti olmalıdır.
Vəzifə öhdəlikləri:
- Müştərilərin nisyə alış üçün müraciətlərini qəbul və analiz etmək;
- Müştərilərə məhsulların nisyə alış şərtləri, ödəniş vaxtları və imkanları ilə bağlı ətraflı məlumat vermək;
- Daxil olan müraciətlərin vaxtında icra olunmasını və müvafiq sənədlərin tərtibatını təmin etmək;
- Nisyə məhsul satışı üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
- Nisyə satış müqaviləsini hazırlamaq üçün müştəri barəsində məlumat və sənədləri əldə etmək;
- Müştəriyə nisyə məhsul satış zamanı aylıq ödəniş məbləğini hesablamaq və müqavilənin bağlanmasını təmin etmək;
- Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək;
İş şəraiti:
- İş yeri: Baku Electronics mağazaları
- İş qrafiki: 6 gün, növbəli qrafik;
- Əmək haqqı: Müsahibə əsasında təyin edilir
Qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.
Təqibçi
Son tarix 12 avq 2024 Müraciət et
Tələblər:
- Təhsil: Ali;
- Yaş: 21-25;
- MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
- Analitik düşüncə;
- Müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama bacarığı;
- İş təcrübəsi tələb edilmir;
Vəzifə öhdəlikləri:
- Borcu gecikdirilən müştərilərlə telefon əlaqəsi yaratmaq və borcun ödənilməsi istiqamətində danışıqlar aparmaq;
- Borcun ödənilməsinə nəzarət etmək;
- Ödənişləri gecikmədə olan müştərilərə bildirişlər göndərmək;
- Gecikmədə olan müştərilərin ödənişlərinin gecikmə səbəbini araşdırmaq, bununla bağlı birbaşa rəhbərə məlumat vermək;
- Ödənişi məhkəmə qaydası ilə təmin olunması müəyyən olunan sənədlərini təhvil-təslim aktı ilə Hüquq şöbəsinə təhvil vermək;
- Gündəlik görülən işlər barədə əməliyyat proqramında qeydiyyat aparmaq;
İş şəraiti:
- İş yeri: Baş ofis;
- İş qrafiki: Həftə içi 5 gün saat 09:00-17:00; Şənbə günü 09:00-14:00
- Əmək haqqı: Müsahibə əsasında təyin edilir
Qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.