Baku Bus
Portfel layihələrin idarəetmə ofisinin rəhbəri
Son tarix 12 okt 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- PPMO-nun formalaşdırılmasına, inkişafına və fəaliyyətinə rəhbərlik etmək;
- Layihə portfelinin idarə olunması üzrə standartların və layihə idarəetmə metodologiyalarının hazırlanmasını, tətbiqini və təkmilləşdirilməsini təmin etmək;
- Portfel daxilində layihələrin prioritetləşdirilməsini və resursların səmərəli bölüşdürülməsini həyata keçirmək;
- Layihələrin icrasına nəzarət etmək, onların müddət, büdcə, keyfiyyət göstəricilərinə və strateji məqsədlərə uyğunluğunu təmin etmək;
- Şirkət rəhbərliyi üçün analitik hesabatlar hazırlamaq;
- Gündəlik fəaliyyət və görülən işlər barədə hesabat hazırlayaraq rəhbərliyə təqdim etmək.
Vəzifə tələbləri:
- Ali təhsil (idarəetmə və ya texniki sahədə);
- Layihə və ya portfel idarəçiliyində minimum 5 illik iş təcrübəsi;
- PRINCE2 və oxşar metodologiyalar üzrə biliklər;
- Strateji düşünmə və portfel idarəetmə bacarıqları;
- Komandaya rəhbərlik və komanda işini təşkil etmə təcrübəsi;
- MS Office proqramları ilə sərbəst işləmə bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (ingilis və rus dillərinin biliyi üstünlükdür);
- Stressə davamlılıq və gərgin iş rejimində işləmə bacarığı;
- Dəqiqlik, dürüstlük və məxfilik prinsiplərinə riayət etmək;
- İşçilərlə nəzakətli ünsiyyət qurmaq bacarığı;
Təklif edirik:
- İri nəqliyyat və infrastruktur layihələrində iştirak imkanı;
- Uzunmüddətli inkişaf strategiyasına malik böyük şirkətdə iş;
- Peşəkar inkişaf və korporativ standartların yaradılmasında iştirak;
- Professional artım üçün perspektiv və rəqabətədavamlı əmək haqqı;
İş rejimi:
- İş günləri: 5 günlük iş həftəsi (İstirahət:şənbə, bazar)
- İş vaxtı: 9:00-18:00
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur