Baku Bus
Baş məsləhətçi - hüquqşünas
Son tarix 18 mar 2026 - [email protected]
Vəzifə öhdəlikləri
- Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması;
- Dövlət orqanlarında və qeyri-hökumət təşkilatlarında Müəssisənin qanuni mənafelərinin müdafiə olunmasını təmin etmək;
- Müəssisənin səlahiyyətlərinə aid olan məsələlərə dair müqavilə layihələrini hazırlamaq, razılaşdırılmaq, səlahiyyətləri daxilində onlara rəy verib ekspertizasını aparmaq və müqavilələrin bağlanması ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək, həmçinin bağlanmış müqavilələrə əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər vermək;
- Alqı-satqı, podrat, xidmət, satınalma və digər növ əqdlərin layihələrini hazırlamaq, Müəssisənin adından bağlanılan müqavilələrin və onunla əlaqədar sənədlərin hüquqi ekspertizasını həyata keçirmək, müqavilənin icrasına (müddətlərə , qüvvədə olma və s.) nəzarəti həyata keçirmək;
- Dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə, o cümlədən hüquqi məslələrə dair vətəndaşlar və Müəssisənin əməkdaşları tərəfindən ünvanlanan müraciətlərə (ərizə, sorğu və şikayətlərə) aidiyyəti üzrə baxmaq və zəruri araşdırmanı apararaq cavablandırılması üçün məktub layihələrinin hazırlanması prosesində iştirak etmək;
- Zərurət olduqda müəssisəni dövlət idarəetmə, notariat, mediasiya, məhkəmə, hüquq-mühafizə və digər icra orqanlarında, o cümlədən digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;
Tələb olunan biliklər və bacarıqlar
- Təhsil: Hüquq üzrə ali təhsil;
- İş təcrübəsi: Korporativ hüquq sahəsində minimum 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual,Əmək, İnzibati Xətalar məcəllələrini, “Normativ hüquqi aktlar haqqında” və “İcra haqqında” qanunları, eləcə də əmək və beynəlxalq qanunvericiliyi bilməli;
- Analitik düşünmə və problemlərin həlli bacarığı;
- Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan və İngilis dilləri (Rus dili arzuolunandır);
- E-taxes.gov.az, e-mehkeme.gov.az və e-qanun.az portallarından istifadə bacarığı;
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməli.
İş şəraiti:
- İş günləri: Həftənin 5 günü (İstirahət günləri: şənbə, bazar)
- İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
- İş yeri: Bakı şəhəri
- Peşəkar inkişaf üçün perspektiv
- Əmək haqqı müsahibə əsasında müəyyən edilir
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.











