Bakı Metropoliteni
Təsərrüfat qatarının maşinisti
Son tarix 20 may 2026 - Müraciət et
Bakı Metropoliteni Təsərrüfat qatarının maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir. Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!
Proqramı uğurla başa vuran namizədlər işçilərin və təsərrüfat yüklərinin yalnız gecə növbəsində daşınmasını həyata keçirən təsərrüfat qatarının təhlükəsiz və düzgün idarə olunmasını, texniki təlimatlara riayət edilməsini təmin edərək təsərrüfat qatarının maşinisti kimi fəaliyyət göstərəcəklər.
Proqram sizə nə qazandıracaq?
- 4 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
- Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
- Təcrübə dövründə minimum aylıq əmək haqqı
- Təcrübənin sonunda davamlı işə qəbul imkanı
- Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı
Biz kimləri axtarırıq?
- Cinsindən asılı olmayaraq yaş - 22-35 arası gəncləri
- Təhsil - ali texniki, orta texniki və ilk peşə ixtisaslı
- Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)
Seçim prosesi necə aparılır?
- İxtisas üzrə test imtahanı
- Ətraflı müsahibə
- Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər
Metropoliten sizə nə vəd edir?
- Metropolitendən ödənişsiz istifadə
- Nahar (güzəştli)
Müraciət Üçün
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə (https://hr.metro.gov.az/vacancy/5454) müraciətinizi tamamlaya bilərsiniz.
Elektrik mexaniki (hərəkət qatarlarının istismarı və təmiri üzrə)
Son tarix 07 may 2026 Müraciət et
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Elektrik mexaniki (hərəkət qatarlarının istismarı və təmiri üzrə) vəzifəsi üzrə namizədlər axtarırıq!
Vəzifə funksiyası
Namizəd metro vaqonlarının elektrik sistemlərini (mühərriklər, idarəetmə blokları, işıqlandırma və s.) yoxlayaraq nasazlıqları aşkar edəcək, elektrik sxemlərinə uyğun təmir və bərpa işlərini həyata keçirəcək.
Sizi hansı öhdəliklər gözləyir?
- Metro vaqonlarının elektrik avadanlıqlarının saz vəziyyətdə saxlanmasını təmin etmək;
- Elektrik sistemlərində yaranan nasazlıqları vaxtında aşkar etmək və aradan qaldırmaq;
- Planlı texniki baxış və profilaktik təmir işlərini həyata keçirmək;
- Elektrik sxemlərinə və texniki sənədlərə uyğun fəaliyyət göstərmək;
- Nasaz hissələri dəyişdirmək və ya bərpa etmək;
- İş zamanı təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək;
- Ölçü cihazlarından düzgün istifadə edərək diaqnostika aparmaq;
- Görülən işlər üzrə texniki hesabatların hazırlanması və qeydiyyatını aparmaq;
- Avadanlıqların düzgün istismarına nəzarət etmək.
Namizədlərdən tələblərimiz
- Ali təhsil (elektrik mühəndisliyi, elektromexanika, avtomatika və idarəetmə, energetika sahələri üzrə üstünlük verilir);
- 1–3 il elektrik mexaniki və ya elektrik ustası kimi dəmir yolu və ya metro nəqliyyatında iş təcrübəsi;
- Elektrik mühərrikləri, idarəetmə sistemləri və avtomatika ilə işləmə bacarığı;
- Ölçü cihazları ilə elektrik parametrlərini (gərginlik, cərəyan, müqavimət və s.) yoxlama bacarığı;
- Mürəkkəb elektrik və montaj sxemlərini, həmçinin mexaniki çertyojları oxuma və təhlil etmə bacarığı;
- Sistemdə nasazlığın səbəbini (elektrik dövrəsi və ya mexaniki problem) məntiqi ardıcıllıqla müəyyən etmə bacarığı;
- Tezlik çeviriciləri (VFD) və proqramlaşdırıla bilən məntiqi kontrollerlər (PLC) ilə işləmə və sazlama bacarığı;
- Diaqnostika proqramları ilə işləmək üçün Windows və müvafiq proqram bilikləri;
- İsti hava stansiyaları (hot air gun) ilə işləmə bacarığı;
- Osilloqraf ilə işləmə və elektron siqnalları təhlil etmə bacarığı;
- Azərbaycan dili – sərbəst, İngilis dili – yaxşı səviyyədə (Rus dili üstünlükdür);
- Komanda ilə işləmə və layihə idarəetmə bacarığı;
- Nəticəyönümlülük və məsuliyyətlilik;
- Detallara diqqət;
- Stressə davamlılıq və vaxtın effektiv idarə olunması.
Metropoliten Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- Metropolitan Apartments və digər əməkdaşlıq etdiyimiz sanatoriyalarda istirahət (güzəştli) imkanı;
- Sağlam Ailə” Tibb Mərkəzində əməkdaşlar və onların birinci dərəcəli ailə üzvləri üçün güəştli xidmət imkanları;
- Push30 üzvlüyü üzrə əməkdaşlar üçün xüsusi güzəşt imkanı;
- Psixoloji dəstək xidməti.
Müraciət Üçün
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə (https://hr.metro.gov.az/vacancy/5453) müraciətinizi tamamlaya bilərsiniz.














