Aztelekom
Hüquqşünas (Xankəndi)
Son tarix 14 dek 2025 - Müraciət et
Təsvir
- "Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Səni hansı missiya gözləyir?
- Şirkətə hüquqi dəstək göstərmək və hüquqi sənədləri hazırlamaq.
- Dövlət orqanlarında şirkəti təmsil etmək və onların sorğularını cavablandırmaq.
- Şirkətin və filialların hüquqi mübahisələrini həll etmək, məhkəmələrdə və digər qurumlarda şirkətin maraqlarını müdafiə etmək.
- Rabitə xətləri və avadanlıqlarının zədələnməsi hallarında hüquqi tədbirlər görmək və zərərin ödənilməsini təmin etmək.
- Xidmətlərin icrası ilə bağlı yaranan hüquqi məsələləri həll etmək.
- İnzibati və cinayət işlərində şirkəti təmsil etmək.
- Daxili sənədlərə hüquqi rəy vermək və onların təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq.
- Rəhbərliyin hüquqi tapşırıqlarını icra etmək.
Səndən gözlədiklərimiz:
- Ali hüquq təhsili.
- Hüquq sahəsində ən azı 2 il iş təcrübəsi.
- Məhkəmə və icra orqanları ilə işləmək təcrübəsi.
- Normativ-hüquqi aktlarla işləmə bacarığı.
- Şirkətdaxili və korporativ sənədlərlə işləmək təcrübəsi.
- Müqavilələrin hazırlanması və hüquqi rəylərin verilməsi bacarığı.
- Hüquqi yazışma və nitq qabiliyyəti.
- Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini bilmək arzuolunandır.
- Microsoft Office proqramlarını sərbəst istifadə etmək bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.













