Aztelekom
Mükafatlandırma şöbəsinin rəhbəri
Son tarix 13 noy 2025 - Müraciət et
Təsvir
"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Səni hansı missiya gözləyir?
- Əməkhaqqı, dərəcələndirmə və bonus sistemlərinin qurulması, təkmilləşdirilməsi və avtomatlaşdırılmasını təmin edərək təşkilatın strateji məqsədlərinə töhfə vermək.
- SAP və digər HR texnologiyaları vasitəsilə mükafatlandırma proseslərini idarə edərək işçilərin təcrübəsini artırmaq.
- Əmək bazarına əsaslanan kompensasiya strategiyasını formalaşdırmaq, bazar göstəricilərinə uyğun olaraq (benchmark) məlumatlarından istifadə etməklə təklif paketlərinin strukturuna və büdcələndirilməsinə rəhbərlik etmək.
- Mükafatlandırma və imtiyazlarla bağlı korporativ siyasət və çərçivələri hazırlayaraq təşkilatın etik standartlarına, daxili qaydalarına və qanunvericiliyə uyğunluğunu təmin etmək.
- İllik əməkhaqqı gözdən keçirilməsi və performans bonusları proseslərinin planlanması və avtomatlaşdırılmasına rəhbərlik etmək.
- Uzunmüddətli stimullaşdırma proqramlarının (Long-Term Incentives) dizaynı və tətbiqi ilə işçilərin inkişafını dəstəkləmək.
- HR və maliyyə komandaları ilə əməkdaşlıq edərək büdcə və planlamanı effektiv idarə etmək.
- Sağlamlıq sığortası, pensiya və əlavə imtiyaz proqramlarını planlayaraq işçi rifahını artırmaq.
- Rəhbərliyə strateji qərarların qəbulunda istifadə ediləcək analitik məlumat və təhlilləri təqdim etmək.
Səndən gözlədiklərimiz:
- İqtisadiyyat, Maliyyə, Biznes İdarəçiliyi, İnsan Resursları və ya əlaqədar sahələr üzrə ali təhsil. SHRM, HRCI, CIPD və digər professional sertifikatlar üstünlükdür.
- İnsan Resursları sahəsində minimum 7 illik təcrübə, bunlardan ən az 3 ili rəhbər vəzifələrdə Mükafatlandırma və əməkhaqqı sistemlərinin idarə olunması təcrübəsi.
- Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üzrə praktiki bilik.
- Əmək bazarının təhlili və müqaisəli təhlili üzrə praktik təcrübə və bilik.
- Microsoft Excel və digər analitik/hesabat alətləri üzrə yüksək səviyyədə peşəkar bacarıq.
- Analitik düşüncə, nəticəyönümlülük və detallara diqqət.
- Komanda idarəçiliyi və liderlik bacarıqları, motivasiyaedici və nəticəyönümlü mühit yaratmaq bacarığı.
- İşçi inkişafına və öyrənmə təşəbbüslərinə yönümlü olmaq, davamlı öyrənmə mədəniyyətini dəstəkləmək.
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.