Aztelekom
Müştəri dəyərinin idarə olunması üzrə mütəxəssis
Son tarix 11 noy 2024 - Müraciət et
Təsvir
- Təyin olunmuş taktiki plana əsaslanaraq, Müştəri Dəyərinin İdarə olunması sektorunun əməliyyat planını müəyyənləşdirmək və icra etmək.
- Müştəri itkisini azaltmaq, müştəri sədaqətini və gəliri artırmaq üçün əlavə satış və çarpaz satış texnikalarından istifadə etməklə proaktiv tədbirlər hazırlayıb icra etmək.
- Xam məlumatları emal etmək və detallı təhlil üçün lazım olan formata uyğunlaşdırmaq, həmçinin, xüsusi və ya daimi hesabat tələblərini müəyyən etmək.
- Müştəri bazasının davamlı və ən son məlumatlara əsaslanmış seqmentləşdirilməsini təmin etmək və hər bir seqmentin profilinə əsasən ən uyğun təklifləri hazırlamaq.
- Əl işinin avtomatlaşdırılması yollarını araşdırmaq və müvafiq tətbiq edilməsi üçün ən yaxşı təcrübələri təklif etmək.
- Müştəri şikayətləri, texniki nasazlıqlar və məhsul portfeli ilə bağlı digər problemli məsələlərdən xəbərdar olmaq və onları vaxtında və yüksək keyfiyyətlə həll etmək üçün müvafiq tərəflərlə əlaqədə olmaq.
- Təkliflərin hazırlanması/kampaniya idarəetməsi proseslərinin bütün tələb olunan mərhələlərində iştirak etmək və təyin edilmiş tələbləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirmək.
- Şirkət və sektorun təşəbbüslərinin əsas performans göstəricilərini gündəlik olaraq izləmək və həm proaktiv, həm də reaktiv şəkildə addımların atılmasından əmin olmaq.
Tələblər
- Məhsul marketinqi, məhsul idarə olunması, biznes analitikası və ya data analitikası sahələrində 1 illik iş təcrübəsi və ya oxşar sahələrdə 2 illik iş təcrübəsi.
- Bakalavr dərəcəsi. Biznesin idarə olunması, marketinq, iqtisadiyyat və ya data analitikası sahələrində təhsil üstünlükdür.
- Azərbaycan dili - Tam Peşəkar Səviyyə,İngilis dili - Məhdud İş Səviyyəsi.
- MS Office proqramlarında yüksək peşəkarlıq və hər hansı bir data analitikası aləti/proqramlaşdırma dilində orta səviyyədə təcrübə.
Xüsusi bacarıqlar:
- Analitik düşüncə.
- Ünsiyyət.
- Problemlərin həlli.
- Bir neçə işi eyni anda görmə.
- Layihə koordinasiyası.
- Məhsul idarə olunması.
- Rəqəmsal inkişaf.
- Məlumat analizi.
- Məlumatların təqdimatı.