Azparking MMC
İT Satınalmaları üzrə menecer
Son tarix 20 sen 2025 - [email protected]
İş yeri: Bakı şəhəri
İşin təsviri: Parkinq xidməti üzrə innovativ həllər təqdim edən “AzParking MMC” şəhər infrastrukturunu daha səmərəli və vətəndaşlar üçün rahat etmək məqsədilə yeni layihəsinin idarəolunmasının təşkilində dəstək olacaq peşəkar İT Satınalmaları üzrə menecer axtarışındadır.
Vəzifə öhdəlikləri:
- Xarici bazarların tədqiqi və beynəlxalq təchizat imkanlarının dəyərləndirilməsi sahəsində təcrübənin tətbiqi;
- Şirkətin İT avadanlıq, proqram təminatı və xidmət tələblərini müəyyənləşdirmək və İT şöbəsi ilə birlikdə texniki spesifikasiyaların hazırlanması.
- Potensial təchizatçıların araşdırılması, ilkin dəyərləndirilməsi və müqayisəli təhlilinin aparılması;
- Alışların hüquqi və maliyyə baxımından uyğunluğunun təmin olunması və müqavilələrin bağlanmasının təşkili;
- Satınalma proseslərinin müəyyən olunmuş büdcə çərçivəsində və qənaət prinsipinə əsasən həyata keçirilməsi;
- Qiymət təkliflərinin təhlili və maliyyə səmərəliliyi imkanlarının müəyyən olunması məqsədilə bazar araşdırmalarının aparılması
- Satınalma ilə bağlı xərclərin optimallaşdırılması və səmərəliliyin artırılması məqsədilə müvafiq təşəbbüslərin irəli sürülməsi;
- Sifarişlərin vaxtında verilməsi və çatdırılmasına nəzarət olunması;
- Tədarük zəncirində baş verə biləcək gecikmələrin qarşısının alınması və risklərin idarə edilməsi;
- Tədarük edilən malların qəbulunun təşkili və onların keyfiyyətinə nəzarət olunması;
- Anbar idarəetməsi ilə koordinasiyalı şəkildə işləyərək məhsul dövriyyəsinin effektivliyinin təmin edilməsi;
- Bütün satınalma proseslərinə dair sənədləşmənin düzgün, tam və sistemli şəkildə aparılması və arxivləşdirilməsi;
- Satınalma fəaliyyətinin şirkətin daxili siyasət və prosedurlarına, eləcə də mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi.
- İdxal edilən malların gömrük rəsmiləşdirilməsi prosesinin təşkili və nəzarətdə saxlanılması.
- Gömrük rüsumlarının düzgün hesablanmasına nəzarət edilməsi, gömrük brokeri və maliyyə şöbəsi ilə koordinasiyalı şəkildə fəaliyyət göstərilməsi
Tələb olunan səriştələr:
- Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
- Ali təhsil.
- İT sahəsində avadanlıq, proqram təminatı və xidmətlərin satın alınması üzrə təcrübəyə malik olmaq;
- İT avadanlıqları, proqram təminatı və lisenziyalaşdırma prosesləri barədə bilik.
- Azərbaycan və İngilis dillərində səlis yazı və danışıq bacarığı (Rus dili biliyi üstünlükdür)
- 1C 8.3 proqram təminatından sərbəst istifadə bacarığına malik olmaq.
- Satınalma və təchizat sahəsinə dair beynəlxalq sertifikatlara (CIPS, CSCP, CPM və s.) malik olmaq üstünlükdür;
İş şəraiti:
- İş qrafiki: Tam iş həftəsi (5 gün)
- İş saatları: 09:00-18:00
- İstirahət günləri: Şənbə, bazar
Müraciət forması:
Qeyd olunan tələblərə cavab verən namizədlər Müraciət Et düyməsində qeyd olunan mail ünvanına “İT Satınalmaları üzrə menecer” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.