Azman Holding
İş icraçısı
Son tarix 01 yan 2026 - [email protected]
”Rahat Həyat Yaşayış Kompleksi” MTK
İş şəraiti:
- İş yeri:Səbail rayonu, Xanlar və Qurban Abbasov küçələrinin kəsişməsində, 58-ci və 59-cu məhəllə
- İş rejimi: 6 günlük iş qrafiki;
- Əmək haqqı:1500 manat əmək haqqı.
Vəzifə öhdəlikləri:
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti quraşdırma işlərinin cəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini;
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir;
- İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir.
- Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsini təmin etmək;
- Tikinti maşınları, nəqliyyat və mexaniki vasitələrin, materiallar, konstruksiyalar, detallar (hissələr) alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlayır və onlardan səmərəli istifadə olunmasını təmin edir;
- Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir;
- Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə hissələrin təhvil verilməsində iştirak edir;
- Subpodrat (xüsusiləşdirilmiş) təşkilatlar üçün iş sahəsi hazırlayır və onlardan görülmüş işin qəbul olunmasında iştirak edir;
- Texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, özül üçün çuxur və xəndəklərin divarını bərkitmə materialları, maili dirəklər və konduktorlar və s. Qurğular), tikinti maşınlarından, energetik qurğulardan və işçiləri qoruma vasitələrindən istifadəni təmin etmək;
- İşçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin etmək;
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Sənayə və mülki tikinti üzrə Ali təhsil;
- İnşaat Mühəndisi olaraq tikinti layihələrində ən az 5 il iş təcrübəsi olmalı;
- Podrat müqavilələrinin icra qaydalarını, istehsalatın, əməyin və idarəetmənin təşkilini bilməlidir;
- Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli;
- MS office AutoCAD, ArchiCAD proqramlarını bilməli;
- Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli;
- Sahədə və ya obyektdə istehsal təsərrüfat fəaliyyətini müəyyən edən metodiki, normativ və başqa göstərici materialları;
- Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilməli obyektlərin layihə-smeta sənədlərini, tikinti norma və qaydalarını;
- Tikinti quraşdırma işlərinin aparılması və qəbuluna qoyulan texniki şərtləri;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
Zəhmət olmasa CV-lərinizi Müraciət Et düyməsində göstərilən e-mail adresinə göndərin.











