Azinvest İnşaat
Təchizat üzrə mütəxəssis
Son tarix 15 okt 2023 - Müraciət et
Öhdəliklər:
- Şirkətə və şirkətin layihələrinə lazım olan kommersiya məqsədli malların alınması, yerli və xarici müəssisələrlə kommersiya əlaqələrinin təşkili, müqavilələrin bağlanması işlərində iştirak edir;
- Daxili və xarici bazarları araşdırır, danışıqlar aparır, lazımi informasiyanı toplayır daha uyğun şirkətlər barəsində rəhbərliyi məlumatlandırır;
- Alınacaq malların sifarişini hazırlayır və təchizat şöbə rəisinə təqdim edir;
- Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq qaimə- fakturanın göndərilməsini tələb edir;
- Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanır, onların düzgün daşınması və çatdırılması işini təşkil edir, hər hansı bir maneələr olarsa rəhbərliyi məlumatlandırır;
- Malların yüklənməsi, yola düşməsi tarixlərini və digər lazımi məlumatları aidiyyatı üzrə təqdim edir;
- Müvafiq müəssisələrdən yükləmə ilə bağlı lazımi sənədləri alır və uyğun struktur bölmələrə təqdim edir;
- Yükləmədən sonra malların lazımi keyfiyyət standartlarına cavab verən sertifikatlarının alınması üçün sənədlərin təqdim olunmasını və müddətlərinin izlənilməsini təşkil edir;
- Mallarda hər hansı bir çatışmazlıq (miqdar, çeşid, keyfiyyət) aşkar olunarsa aidiyyatı üzrə məlumat verməli və bağlanmış müqaviləyə əsasən qanunvericilikdə müəyyən olunmuş qaydalara uyğun tədbirlər görməlidir;
- Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsini təşkil etməlidir.
Tələblər:
- Ali təhsil ( Memarlıq və inşaat sahəsində ali təhsilli olması arzuolunandır);
- Təchizat sahəsində iş təcrübəsi;
- MS Excell, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı;
- Təchizat ilə bağlı hüquqi-normativ sənədlər haqqında məlumat;
- Fəaliyyəti ilə əlaqədar dövlətlərarası və beynəlxalq müqavilələr haqqında məlumat;
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
Bizim təminatımız:
- İş yeri: Bakı şərhəri Baş ofis
- Əmək haqqı: 1200- 1500 AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Təchizat üzrə mütəxəssis” yazaraq 01.11.2023- cü il tarixinədək göndərilməsi xahiş olunur.
Əlaqə nömrəsi: 055 211 1665