Azinko Development
Baş mühasibin müavini
Son tarix 26 fev 2024 - [email protected]
Ünvan: Bakı şəhəri, Flame Towers
Tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr (Maliyyə - İqtisadiyyat üzrə);
- Sahə üzrə min. 5 il iş təcrübəsi;
- Microsoft Office, 1C proqramlarında işləmək bacarığı;
- Vergi Məcəlləsi, Əmək Məcəlləsini bilməli;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
- Peşəkar mühasib sertifikatının (PMS) olması mütləqdir.
Vəzifə öhdəlikləri:
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
- Elektron Qaimə Hesab Fakturalarının işlənməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
- Onlayn kargüzarlıq və e-qaimə üçün portaldan istifadə edilməsi;
- BTP proqramında (ƏDV, Mənfəət, Əmlak, Torpaq) hesabatların tərtib edilməsi;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək.
Fərdi keyfiyyət göstəriciləri:
- Dəqiqlik və detallara diqqətlilik;
- Məsuliyyətlilik;
- Operativlik;
- Nəticə yönümlü;
- Komandada işləmək bacarığı.
Digər tələb və üstünlük göstəriciləri:
- Rus və ya ingilis dili biliyi;
- Maliyyə-mühasibatlıq sahəsi üzrə yerli və beynalxalq sertifikatlar.
Vəzifə üzrə əmək haqqı və təminatlar:
- Əmək haqqı ştat cədvəlinə uyğun;
- Şirkət tərəfindən tibbi sığorta paketi ilə təmin edilir;
- Şirkət tərəfindən qidalanma ilə təmin edilir;
- Şirkət daxili nəzərdə tutulan digər təminatlar;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları.
Müraciət forması:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Baş mühasibin müavini” yazmaqla e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarixi: 25.02.2024-cü il.