Azersun Holding
Ödəniş Kartları Şöbəsinin Aparıcı mütəxəssisi
Son tarix 10 noy 2023 Müraciət et
Tələblər:
- Ali təhsilli (iqtisadi, texniki) olmalı;
- Plastik Kartlar və Bank işi üzrə 2-3 illik iş təcrübəsi;
- İngilis dilini yaxşı bilməli;
- Microsoft Office və Kart proqram bilikləri olmalı;
- Analitik düşünmə qabiliyyəti, iş planlama qabiliyyəti, stres altında işləmə bacarığı.
İş haqqında məlumat:
- Plastik kartlar üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlayır və\və ya həmin hesabatların hazırlanmasını təmin edir;
- Kredit kartlara gələn reject əməliyyatlara nəzarət edərək əməliyyatların kartlarda əks olunması üçün Prosesinq Mərkəzi ilə əlaqə qurur;
- HÖP (Hökümət Ödəniş Portalı) ödənişlərinə nəzarət edir və lazımi müxabirləşməni icra edir;
- Ödəniş sistemlərindən gələn etiraz əməliyyatlarına (chargeback) nəzarət edir və Beynəlxalq Ödəmə Sistemləri qaydalarına uyğun olaraq, hərəkət edir;
- Visa və MasterCard web tətbiqlərinə nəzarət edir; lazımı güncellemeleri tetbiq edir
- Bank ödəmə sistemi proseslərinin Visa, Master, Milli Kart və BKM ödəmə şəbəkələri qaydalarına uygun olaraq icra edilməsinə nəzarət edir. Uyğunsuzluq müəyyən edildiyi təqdirdə rəhbərinə məlumat verir;
- Visa, Master, Milli Kart və BKM ödəmə sisteminin qayda yeniləmələrini təqib və icra edir, ya da prosesinq mərkəzi tərəfindən icrasına nəzarət edir;
- Bank, filial və digər bölmələrin plastik kartlar ilə əlaqədar əldə edə bilmədiyi məlumatların tələb daxilində hazırlayıb məlumat verilməsini təmin edir;
- Bank, filial və digər bölmələrin plastik kartlar ilə əlaqədar icra edə bilmədiyi müxabirləşmələri tələb daxilində icra edir;
- Plastik kartlar prosesinin qanunvericiliyə əsasən, bankın tarif və qaydalarına uyğun olaraq işləməsini təmin edir və bu prosese nəzarət edir;
- Ödəmə sistemləri ilə əlaqədar, Beynəlxalq təlim də daxil olmaq üzrə təlim təqviminə nəzarət edərək faydalı təlimlər haqqında müdirinə təklif verir;
- Internet və Mobil bankçılıq üçün yeni müştəri açılışı və şifrə sıfırlama proseslərini təqib edərək lazımı mərhələləri icra edir;
- Kart proqramında icra edilən mühasibatlıq düzəlişləri əməliyyatları üçün bank proqramında lazimi müxabirləşmələri icra edir;
- Kart proqramında limit dəyişikliyi, kart basımı, kart yeniləmə qeydlərinə nəzarət edir;
- Müştəri (Kart və POS) çıxarışlarının SMS və e-mail ilə göndərilməsini təmin edir və prosesə nəzarət edir;
- Problemli kredit və kart müştərilərinin qətnaməyə əsasən faiz hesablanmasının dayandırılması və/vəya dəyişdirilməsi və qətnaməyə əsasən əlaqədar strukturun tələbi və təsdiqi daxilində müxabirləşmələri icra edir;
- Kart və pin zərf qalıqlarına nəzarət edərək rəhbərinə məlumat verir;
- Filiallarda və Prosesinq mərkəzində personalizasiya edilmiş və ya edilməmiş pin zərf və kart qalıqlarına nəzarət edir;
- Kart sistemində müddəti bitmiş kartların ekstre borclarının tam olaraq kartda əks olunmasına nəzarət edir;.
- POS Müştərisi tələbi əsasında geri qaytarma və ləğv etmə əməliyyatlarını icra edir;
- Filiallardan gələn tələblər əsasında plastik kartların sistemdə yaradılmasını təmin edir;
- Plastik kartların və PIN zərflərin hazırlanması barədə sərəncamları hazırlayır, MilliKart prosessinq mərkəzinə Plastik kartların və PIN zərfləri sifariş edir.
- PIN zərflərin və kartların sayına nəzarət edir və lazım olan zaman yeni zərflərin və kartların alınması üçün departament müdirinə / Şöbə rəisinə təklif verir;
- Əmək haqqlarının hesablara yatırılmasını həyata keçirir, işlemin icrasının yerel mevzuata uygun olarak icra edilmesini temin edir;
- Hazırlanmış kartları Milli Kart prosessinq mərkəzindən təhvil-təslim aktları əsasında qəbul edir və yoxladıqdan sonra filiala\müştərilərə (filiallara) təhvil verilməsi üçün departamentin digər işçisinə təhvil verir və\və ya filiala\müştəriyə birbaşa təhvil verilməsi prosesində iştirak edir;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Ödəniş Kartları Şöbəsinin Aparıcı mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
İş Yeri: Bakı şəhəri
IT biznes analitika Şöbə müdiri
Son tarix 10 noy 2023 Müraciət et
Tələblər:
- Ali təhsilli olmalı;
- Data Modellərin hazırlana bilməsi;
- Proseslər üzrə istifadə hallarının hazırlana bilməsi;
- Proses modellərin hazırlana bilməsi;
- Analitik düşünmə qabiliyyəti, iş planlama qabiliyyəti olamlı;
- Tələblərin modullar üzrə analiz etmə bacarığı olmalı;
İş haqqında məlumat:
- Daxil olan layihələrin rəhbərliyə təqdim edilməsi,verilən qərar əsasında icrası;
- Layihə üzrə işçi qrupu tərəfindən toplanmış tələblərin dəyərləndirilməsi,uyğunluq verilməsi;
- Daxil olan tələblər üzrə fərqli həllərin modelləşdirilməsi və tələb sahibinə təklif edilməsi;
- Hazırlanmış analiz sənədinin dəyərləndirilməsi;
- Layihə üzrə iş planının hazırlanması və rəhbərə təqdim edilməsi;
- Hazırlanmış layihə planı tapşırıqlarının icrasına nəzarət edilməsi;
- Bu çərçivədə əlavə qeydləri üst rəhbərlə dəqiqləşdirilməsi və dəyişikliklərin izlənməsi;
- Layihənin cari durumu ilə bağlı rəhbərliyin məlumatlandırılması, əlavə qeydlər varsa paylaşılması;
- Layihə tamamlandıqda təhvil-təslim planını hazırlanması və tələb sahibinə təslim edilməsi;
- Daima öz ixtisasının üst səviyyəyə çatdırılması üçün təlimlərə qoşulması, yenilikləri gündəlik iş calışmalarında tətbiq edilməsi;
- Öz öhdəsində olan qrupun daima inkişafına, doğru istiqamətlənməsinə nəzarət edilməsi;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “IT biznes analitika Şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.
Biznes proseslərinin inkişafı departamentdə Mütəxəssis
Son tarix 10 noy 2023 Müraciət et
Tələblər:
- Sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr, qərar və sərəncamlarını bilməli;
- Respublikanın və xarici ölkələrin aidiyyəti sahə üzrə qabaqcıl təcrübəsini olmalı;
- İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməli;
- Daxili əmək intizamı qaydalarını bilməli;
- Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməli;
İş haqqında məlumat:
- Birbaşa rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi və sorğu əsasında hesabatın təqdim edilməsi
- “Mövcud Proses” və “Gələcək Proses” modellərin tərtibi rəhbərə təqdim edilməsi;
- Əldə edilmiş nəticələrin müvafiq forma üzrə vizuallaşdırılması ;
- Texniki tapşırıqların hazırlanması və rəhbərin təsdiq ;
- Yazılan texniki tapşırıqların analiz qrupu ilə bərabər çalışılması ;
- Öhdəliyində olan layihələrin təqib edilməsi və izlənilməsi ;
- Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi ;
- Layihələr çərçivəsində istifadəçilərə təlimlərin verilməsi
- Lazım gəldikdə komanda daxilində bitən işlərin canlıya alınması , tətbiqi əsnasında dəstək olması;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Biznes proseslərinin inkişafı departamentdə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Əməliyyat bölməsi Aparıcı Mütəxəssis
Son tarix 10 noy 2023 Müraciət et
Tələblər:
- Ali təhsilli (iqtisadi, texniki və ya hüquqi) olmalı;
- Bank işi üzrə iş təcrübəsi;
- Rus dili və İngilis dilini bilməsi üstünlükdür;
- Microsoft Office proqramlarını bilməli;
- Yerli və xarici valyutanın saxtalığını müəyyənetmə bacarığı olmalı;
İş haqqında məlumat:
- ATM(Exchange və sairə) terminalların inkassasiyasında nəzarətçi (iştirakçı) kimi iştirak etmək;
- Beynəlxalq və ölkədaxili pul köçürmələri sistemləri üzrə əməliyyatları həyata keçirmək;
- Bütün əməliyyatları bank proqramı vasitəsi ilə icra etmək;
- Cəlb edilmiş hüquqi, fərdi sahibkar, fiziki şəxs hesablarını(müştəri(kontakt) nömrəsini), müvəqqəti və sairə hesabları bank sistemində açmaq və qanunvericilikdə göstərilən sənədləri almaq və sistemə əksiksiz yükləmək
- Əməliyyat gününün sonunda özü və tabeçiliyində olanlar tərəfindən icra edilmiş bütün əməliyyatları yoxlamaq;
- Müştərilərin plastik kart sifarişlərini qəbul etmək, kredit kartları üzrə kredit xəttinin açılması üçün həmin sifarişləri müvafiq struktur bölmələrə təqdim etmək, sifarişi sistemə daxil etmək, plastik kartların pin zərflərin bağlı formada aktlar əsasında müvafiq strukturdan təhvil almaq və müştərilərə təhvil vermək;
- Müştəri müraciətlərinin qəbul edilməsi, aidiyyatı struktura (şəxsə) yönləndirilməsi və müraciətin nəticəsinin müştəriyə bildirmək;
- Müştərilərin hesabları və bankın məhsullarından istifadəsi zamanı yaranan hüquqi sənədlərin(müqavilələr, qərarlar, aktlar, ödəniş təlimatları, ödəniş tapşırıqlarının əsası olan alt sənədləri və sairə) tamlığını nəzarətdə saxlamaq və onların qorunmasını təmin etmək;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Əməliyyat bölməsi Aparıcı Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.