Azersun Holding
İnsan Resurslarının planlaşdırılması üzrə mütəxəssis/baş mütəxəssis
Son tarix 04 iyn 2023 [email protected]
Tələblər:
- Sənaye mühəndisliyi, insan resursları, iqtisadiyyat, menecment və ya əlaqəli bakalavr/magistr bölmələrindən məzun
- Təşkilati inkişaf, işçi qüvvəsinin planlaşdırılması, insan resursları sahəsində minimum 2 il iş stajı
- Raporlama, planlaşdırma, təşkilatçılıq və analitik düşünmə bacarığı
- Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarığı
- MS Office, xüsusilə yaxşı səviyyədə Excel, Power point proqramı biliyi
- İşçi qüvvəsi statistikasını, məlumatların və tendensiyaların təhlilini, ehtiyacları proqnozlaşdırmaq və işçi qüvvəsi planlarını hazırlamaq bacarığı
- İngilis, rus dillərini bilməsi üstünlükdür
- Ezamiyyətlərə gedə bilməli
İş haqqında məlumat:
- Holdinqdaxili müəssisələr üzrə işçi qüvvəsinin planlaşdırılmasını, çalışacaq optimal kadr sayını iş analizi apararaq müəyyənləşdirmək
- Təşkilatın məqsədlərinə uyğun olaraq hər bir vəzifənin iş yükünü xronometraj vasitəsilə hesablamaq
- Təşkilatın ehtiyac duyacağı gələcək personalı vəzifə əsasında və zamana görə müəyyən etmək
- Görülən iş, aparılan analiz nəticəsində vəzifə təlimatlarını hazırlamaq, mövcudlarını yeniləmək
- Aparılan işçi qüvvəsi planlaşdırılması hesablamalarının dövri olaraq uyğunluğuna nəzarət etmək
- Qlobal və yerli bazarda İnsan resursları sahəsinə aid yeni trendləri müəyyən etmək və onların əsasında strategiyaya aid təkliflər formalaşdırmaq
- Rəhbərlik tərəfindən tapşırılan digər işləri icra etmək
İş qrafiki: həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan Resurslarının planlaşdırılması üzrə mütəxəssis/baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Hesablaşmalar və Ödəniş Sistemləri Şöbəsinin Mütəxəssisi
Son tarix 04 iyn 2023 [email protected]
Tələblər:
- Ali təhsilli olmalı;
- İngilis və rus dili bilikləri olmalı;
- Microsoft office bilikləri olmalı;
- Bank sahəsində ən azı 1 il iş təcrübəsi olmalı;
- Hesablaşmalar üzrə mövcud qanunvericiliyi bilməli;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti olmalı;
- Araşdırma bacarıqları və komandada işləmək bacarığı olmalı;
İş haqqında məlumat:
- XÖHKS, AZİPS, SWIFT sistemlərində işləmə bacarığı;
- Ödəniş sistemləri üzrə hesablaşmaların aparılması (Sürətli pul köçürmə sistemləri, Ödəmə terminalları, kart prosessinq, HÖP və s.), yazışmaların və araşdırmaların aparılması, hesabatların hazırlananması;
- Yerli və Xarici banklardan daxil olan ödənişlərin sistemə girişi;
- Gündəlik olaraq müxbir banklardan çıxarışları alınması, yoxlanılması və onlara müvafiq olan əməliyyatların icra edilməsi;
- İdxal/İxrac əməliyyatları üzrə DGK portal ilə işləmək, əməliyyatlara nəzarət etmək, müvafiq hesabatları hazırlamaq;
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Hesablaşmalar və Ödəniş Sistemləri Şöbəsinin Mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Aparıcı auditor
Son tarix 04 iyn 2023 [email protected]
Tələblər:
- Ali təhsilli olmalıdır (Mühasibat uçotu və audit, idarəetmə, maliyyə, sənayenin təşkili və idarə olunması, iqtisadiyyat, biznesin idarə edilməsi, statistika, beynəlxalq münasibətlər sahəsində)
- Mühasibat, maliyyə, insan resursları və ya audit sahəsində ən azı 4 il iş təcrübəsi olmalıdır;
- Sahənin fəaliyyətini tənzimləyən normativ akt, əmr, qərar və sərəncamları bilməlidir;
- Daxili əmək intizamı qaydalarını bilməlidir;
- Əmək qanunvericiliyinin əsaslarını bilməlidir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir;
- İngilis dili biliyi üstünlükdür;
İş haqqında məlumat:
- Təsərrüfat subyektinin bütün fəaliyyətinin normativ-hüquqi aktlara və təsdiq edilmiş daxili prosedurlara, qaydalara, əsasnamalərə uyğunluğunu yoxlamaq. Həyata keçirilən qiymətləndirilmə sonuclarına əsasən səmərəliləşdirici təkliflər vermək;
- Qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə təşkilati prosedurları və siyasətləri təhlil etmək;
- Təşkilati proseslərin güclü və zəif cəhətlərini təhlil etmək, habelə cari və gələcək imkanlar da daxil olmaqla fəaliyyət planına tövsiyələr vermək;
- Maliyyə hesabatlarına təsir edə biləcək hüquqi məsələləri nəzərdən keçirmək və tövsiyələr vermək;
- Nəzarət sahəsindəki boşluqların, təkrar səylərin, normativ-hüquqi sənədlərin, idarəetmə siyasətlərinin tələblərinin pozulması, saxtakarlıq (dələduzluq) hallarının, nöqsan və çatışmazlıqların aşkar edilməsi məqsədi ilə məlumatlar toplamaq və təhlillər aparmaq;
- Daxili audit fəaliyyətləri ilə bağlı işçi sənədlərin hazırlanması, keyfiyyətin təmin edilməsi, arxivləşdirmə və sənədləşmə proseslərinin aparılması;
- Auditin nəticələri barədə rəhbərliyə hesabat vermək və müəssisənin fəaliyyətində dəyişikliklərə dair tövsiyələr təqdim etmək;
- Holdinqin risklərin idarə edilməsi, daxili nəzarət və korporativ idarəetmə proseslərinin səmərəliliyi və adekvatlılığını sistemli və ciddi bir yanaşma ilə dəyərləndirmək və təkmilləşdirmək;
- Risk əsaslı yanaşma ilə təminat və məsləhət xidmətlərinin göstərilməsi və nəticələrinin hesabat olaraq təqdim edilməsi;
- Meydana çıxan kənar təsir amillərini nəzərə almaq və alternativ hədəflər müəyyən etmək məqsədi ilə fəaliyyət planına düzəliş etmək üçün təkliflər vermək;
- Beynəlxalq mühasibat uçotu standartları əsasında məlumatların (hesabatların ) əldə edilməsini təmin etmək məqsədi ilə daxili nəzarət sistemlərinə düzəlişlər etmək üçün təkliflər vermək;
- Rəhbərliyin tapşırığı əsasında növbədənkənar (xüsusi) yoxlamalar keçirmək;
İş Yeri: Bakı şəhəri
İş Qrafiki: Həftə içi 5 gün
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Aparıcı auditor” qeyd etməyiniz xahiş olunur.
Trade Marketinq şöbəsi üzrə Data Analitik
Son tarix 04 iyn 2023 [email protected]
Tələblər:
- Ali təhsil
- Yüksək səviyyədə MS Excel biliyi olmalı;
- Excel Power Query editor biliyin olmalı;
- SQL və Power BI biliyi olmalı;
- Python, SPSS biliklərin olması üstünlükdür;
- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər olmalı;
- Adaptasiya və sərbəst araşdırma qabiliyyəti.
Vəzifə Öhdəlikləri:
- Biznes tapşırıqlarına uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
- “Data visualization” üsullarından istifadə edərək məlumatların təqdim edilməsi;
- Sistemli olaraq rutin hesabatların təmini;
- Ticarət fəaliyyətlərinin və verilmiş qərarların biznes proseslərinə və satışa təsirinin qiymətləndirilməsi;
- Kanallararası keçid, müştəri dəyişimi və trendlərin mütəmadi məruzə edilməsi;
- Aylıq satış fürsətlərinin təyini və hesabatların təqdim edilməsi.
İş Şərtləri: Həftə içi 5 gün (09:00 - 18:00 )
İş Yeri: Baş ofis
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Trade Marketinq şöbəsi üzrə Data Analitik” qeyd etməyiniz xahiş olunur.
IT Texniki dəstək departamentində mütəxəssis
Son tarix 04 iyn 2023 [email protected]
Tələblər:
- Ali təhsilli olmalı
- Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli
- Server əməliyyat sistemlərindən anlayışı olmalı
- MS SQL serverdən istifadə etməyi bacarmalı
- Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli
- Kompüterlərin xırda təmirini bacarmalı (HDD, Ram və s kimi hissələrin dəyişdirilməsi)
- Android, Windows mobile və İOS əməliyyat sistemlərini bilməli
- İAMAS sistemindən anlayışlı olmalı
- Ezamiyyətə gedə bilməli
İş haqqında məlumat:
- Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi
- Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesinin həyata keçirilməsi
- IT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi
- Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması
- Kompüter, proqram təminatı ilə bağlı məsələlər üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi
- PC, notebook, Mic Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi
- Şirkətdaxili proqramların inteqrasiyasına nəzarət etməli və həyata keçirməsi
İş Qrafiki: həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “IT Texniki dəstək departamentində mütəxəssis” qeyd etməyiniz xahiş olunur.