Azersun Holding
Planlama və Logistika üzrə mütəxəssis
Son tarix 19 apr 2026 - Müraciət et
Talep No: 25890
Müəssisə: AZƏRSUN HOLDINQ MMC
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə ən az 1 il təcrübə;
- MS Office proqramlarının mükəmməl biliyi;
- İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
- Komanda ilə işləmək və ünsiyyət bacarığı;
- Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.
Vəzifə öhdəlikləri:
- Nəqliyyatın planlaşdırılması və sifariş, idxal və ixrac əməliyyatlarına nəzarət etmək;
- Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi;
- Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq;
- Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi;
- Çatdırılmada səhvlərin və ya gecikmələrin nümunələrini müəyyən etmək üçün daşınmaların qeydlərini aparmaq;
- Nəqliyyat şirkətləri və ya dəmir yolları kimi daşıyıcılarla koordinasiya edərək məhsulların vaxtında çatdırılmasını təmin etmək;
- Məkandan səmərəli istifadəni təmin etmək üçün əsas və ya digər anbarların istifadəsinin əlaqələndirməsini təmin etmək;
- Fabrikin istehsalına sərf olunan xammal, köməkçi materiallar, işlətmə və qablaşdırma mallarının ehtiyat stoklarını və bu stok miqdarına görə ehtiyac miqdarlarını müəyyən etmək, bütün bunları əks etdirən Stok Vəziyyət Hesabatını rəhbərinə təqdim etmək və Mərkəz Planlamaya yazılı şəkildə göndərmək;
- Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq planlaşdırmanı həyata keçirmək,
- Planın müvafiq bölmələrinə bazar konyukturu, rəqabət və s. nəticəsində səbəb olmuş dəyişiklikləri vaxtında etmək,
- Şirkəti maraqlandıran firma və təşkilatlar haqqında məlumat yığmaq və təhlil etmək,
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Qubadlı rayonu
Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Planlama və logistika üzrə mütəxəssis Qubadlı” qeyd etməyiniz xahiş olunur.
Texniki mütəxəssis Kürdəmir
Son tarix 19 apr 2026 Müraciət et
Tələblər:
- Müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili.
- Texniki avadanlıqlar və sistemlər barədə bilik.
- Texniki diaqnostika və təmir bacarıqları.
- Kompüter proqramları ilə işləmək bacarığı.
- Texniki təhlükəsizlik qaydalarını bilmək.
Vəzifə öhdəlikləri:
- Müəssisədə istifadə olunan texniki avadanlıqların və sistemlərin işləməsinə nəzarət edir.
- Avadanlıqların quraşdırılması, sazlanması və texniki xidmətini təşkil edir.
- Texniki nasazlıqları aşkar edir və aradan qaldırır.
- Avadanlıqların təhlükəsiz istifadə qaydalarına riayət olunmasını təmin edir.
- Texniki sənədləşməni aparır (hesabatlar, aktlar və s.).
- Yeni texnologiyaların tətbiqi və mövcud sistemlərin təkmilləşdirilməsi üzrə təkliflər verir.
- Texniki avadanlıqların profilaktik baxışlarını planlaşdırır və həyata keçirir.
- İşçilərə avadanlıqların düzgün istifadəsi barədə məsləhət və təlim verir.
İş vaxtının norması:
- 6 günlük iş rejimi;
- İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Hacıqabul rayonu Padar qəsəbəsi.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Texniki mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Toxum mütəxəssisi
Son tarix 19 apr 2026 Müraciət et
Müəssisə: AZƏRSUN KƏND TƏS. MƏH MMC
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə ən az 3 il təcrübə;
- MS Office proqramlarının mükəmməl biliyi;
- İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
- Komanda ilə işləmək və ünsiyyət bacarığı;
- Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.
Vəzifə öhdəlikləri:
- Kənd təsərrüfatı bitkilərinin çoxaldılması, tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlərdə iştirak edir və təkminləşdirməsini həyata keçirir;
- Toxum çeşidləri haqqında məlumatlı olmaq;
- Torpaq və hava temperaturuna uyğun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
- Əkin bitkiləri miqdarını və növlərini hazırlamaq;
- Əkin və məhsuldarlığın artırılması üçün tədqiqatlar aparmaq;
- Toxumun dözümlülük, qidalanma dəyəri və keyfiyyət kimi xüsusiyyətlərini inkişaf etdirmək və nəticələri barəsində hesabatlar hazırlamaq.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Biləsuvar rayonu
Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Toxum mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Növbə mühəndisi Kürdəmir
Son tarix 19 apr 2026 Müraciət et
Müəssisə: Şamaxı Dairy Farm MMC
“Azersun Holding” haqqında
Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.
Vəzifə öhdəlikləri:
- İstehsal proseslərinin fasiləsiz və səmərəli şəkildə idarə olunmasını təmin edir. Növbə planlamasını həyata keçirir və işçi qüvvəsinin effektiv şəkildə paylanmasını təşkil edir.
- Avadanlıqlarının və maşınlarının düzgün işləməsini izləyir, texniki xidmətin göstərilməsini təmin edir.
- İstehsalın keyfiyyət standartlarına uyğunluğunu təmin etmək üçün mütəmadi nəzarət aparır.
- İstehsalat proseslərində yaranan problemləri müəyyən edir və operativ şəkildə həll edir.
- Növbə keçidlərində işçilərin düzgün istiqamətləndirilməsi və növbələr arası əlaqənin təmin edilməsini təmin edir.
- Xammal və digər istehsalat materiallarının vaxtında təchiz edilməsini təşkil edir və resurs israfını qarşısını alır.
- İstehsalat prosesləri ilə bağlı statistik məlumatları toplayır, təhlil edir və müvafiq hesabatlar hazırlayır.
- İşçi qüvvəsinin təhlükəsizlik və sağlamlıq qaydalarına riayət etməsini təmin edir, əmək mühafizəsi tədbirlərini həyata keçirir.
- İstehsalın məhsuldarlığını artırmaq və prosesin optimallaşdırılması üçün təkliflər hazırlayır və tətbiq edir. .
Tələblər:
- Ali təhsil (magistr dərəcəsi üstünlükdür).
- Oxşar vəzifədə minimum 3 il iş təcrübəsi.
- Əmək təhlükəsizliyi və istehsalat qaydaları üzrə biliklər.
- Komanda ilə işləmək və işçiləri idarə etmək bacarığı.
- Növbəli iş qrafikində işləmək bacarığı.
- Güclü analitik düşüncə, yüksək yazılı və şifahi ünsiyyət bacarıqları, MS Office sistemində işləmə bacarığı.
Biz nə təklif edirik:
- İş yeri: Kürdənmir rayonu,
- İş qrafiki: Bazar ertəsi–Şənbə, Növbəli.
- Nahar: Şirkət tərəfindən təmin olunur.
- Servis xidməti: Şirkət tərəfindən təmin olunur.
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı.
- İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Növbə mühəndisi Kürdəmir” qeyd etməyiniz xahiş olunur.
Aqronom (Kürdəmir, Biləsuvar)
Son tarix 19 apr 2026 Müraciət et
Talep No: 22496
Müəssisə: KÜRDƏMİR SÜD EM. ZAV. MMC
Namizədə aid tələblər:
- Ali təhsil (Müvafiq sahə üzrə);
- Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
- Toxumçuluq, bitki istehsalının, əkinçilik təcrübəsinin və təsərrüfat avadanlıqlarının istismarı haqqında məlumatlı olmalı;
- Toxumçuluğun və bitki yetişdirilməsinin yaxşılaşdırılması üçün tədqiqat üsulları və texnikalarını bilməli;
- İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
İş haqqında məlumat:
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
- Əkin sahələrində torpağın məhsuldarlığını artırmaq;
- Təsərrüfatda daxili yerquruluşu işlərini aparmaq;
- Əkin dövriyyəsini tətbiq etmək, əkin sahələrinin səmərəli quruluşunu vermək, təbii torpaqları yaxşılaşdırmaq, bu sahələri eroziyadan qorumaq, yem bitkiləri əkinin və çoxillik əkmələrin sahəsini genişləndirmək və yüksək aqrotexnikanın tətbiqini təmin etmək;
- Əkin sahələrində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək və ümumi məhsul istehsalını artırmaq istiqamətində bütün aqrotexniki, iqtisadi və təşkilati tədbirləri hazırlayır və istehsalatda tətbiq edir;
- Kənd təsərrüfatı bitkilərinin çoxaldılması, tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlərdə iştirak edir və təkminləşdirməsini həyata keçirir;
- Əkin və məhsuldarlığın artırılması üçün tədqiqatlar aparmaq;
- Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Kürdəmir rayonu, Biləsuvar rayonu.
Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Aqronom (Kürdəmir, Biləsuvar )” qeyd etməyiniz xahiş olunur.
Nəzarət Ölçü Cihazları üzrə Mütəxəssis (Kürdəmir)
Son tarix 19 apr 2026 Müraciət et
Talep No: 30193
Müəssisə: Azersun Holdinq
Vəzifə öhdəlikləri:
- Zavodda istifadə olunan bütün növ nəzarət-ölçü cihazları (NÖC) və avtomatika vasitələrinin iş prinsipini, siqnal növlərini, sistem və elementlərini bilmək və tətbiq etmək
- NÖC və avtomatika avadanlıqlarının montajı, istismarı, texniki baxışı, əsaslı təmiri və kalibrasiyasını həyata keçirmək
- Nasazlıqları aşkar etmək, diaqnostika aparmaq və aradan qaldırmaq, sıradan çıxmış hissələri düzgün metodla dəyişdirmək
- Mexaniki (açarlar və s.) və elektrik (tester, kommunikator, kalibrator və s.) alət və avadanlıqlardan düzgün istifadə etmək
- Zavodda istifadə olunan lokal avadanlıqların (Filtr Press, Sentrifuqa, paketləmə maşınları, tərəzilər və s.) avtomatika sistemlərinin iş prinsipini bilmək və nasazlıqları aradan qaldırmaq
- Monitorlu (displeyli) yeni nəsil avadanlıqların parametrlərini tənzimləmək, menyu üzərindən sazlama və kalibrasiya işlərini aparmaq
- Sahə cihazlarının elektrik sxemlərini oxumaq, P&ID sxemlərinə əsasən siqnalları düzgün müəyyən etmək
- Sahə cihazlarının ayarlanması və kalibrasiyasını həyata keçirmək, LOOP testlərini icra etmək
- Təmir və baxım işlərinə başlamazdan əvvəl təhlükəsizlik və hazırlıq tədbirlərini yerinə yetirmək
- Proses kontrol nöqtələri və dövrələrinin iş prinsipini analiz etmək və düzgün texniki diaqnoz vermək
- Avtomatika cihazlarının elektrik və pnevmatik qidalanma sxemlərini bilmək və tətbiq etmək
- Avadanlıqların istismara qəbulu, dövriyyəyə alınması və istismardan çıxarılması proseslərində iştirak etmək
Vəzifə üzrə tələblər:
- Ali və ya orta ixtisas təhsili (Avtomatika, Elektronika, Elektrik və ya əlaqədar texniki sahə üzrə)
- İstehsalat və ya sənaye müəssisələrində NÖC və avtomatika üzrə minimum 3 il iş təcrübəsi
- P&ID və elektrik sxemlərini oxuma bacarığı
- Kalibrasiya, sazlama və diaqnostika sahəsində praktiki təcrübə
- Texniki təhlükəsizlik qaydalarını bilmə və tətbiq etmə bacarığı
- Komanda ilə işləmə və operativ problem həll etmə bacarığı
Biz nə təklif edirik?
- İş yeri: Kürdəmir rayonu
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “NÖC üzrə Mütəxəssis Kürdəmir” qeyd etməyiniz xahiş olunur.
Kənd təsərrüfatı texnikaları üzrə mühəndis
Son tarix 19 apr 2026 Müraciət et
Tələblər:
- Ali təhsil
- 3- 5 il iş təcrübəsinə malik namizədlərə üstünlük verilir
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
- Analitik düşüncə və təhlil bacarığı
- Peşəsinə yüksək motivasiya ilə yanaşma
- Fərdi və komanda da işləmə bacarığı
- Azərbaycan dili əla səviyyədə olmalıdır, ingilis və rus dili arzuolunandır
Vəzifə öhdəlikləri:
- Təşkilata məxsus bütün avtomobillərin qeydiyyatını aparır
- Alındığı dövrdən vaxtaşırı və müəyyən olunmuş vaxtda təmiri və diaqnostik baxış vaxtını müəyyən edir
- Avto qəza nəticəsində qəzalı hala düşmüş avtomobilləri təmirə qəbul edir
- Təmirə qəbul edilmiş avtomobillərin qəbul formunu doldurur, təmirə qəbul edilmiş avtomobillərin müvafiq təmiri üzrə ustalara iş bölgüsünü edir
- Təmirdə olan avtomobillərdə dəyişdirilməsi tələb olunan hissələrə qərar verir
- Təmiri bitmiş avtomobillərin təmirinin keyfiyyətini yoxlayır
- Təmiri yoxlanılmış avtomobilləri aidiyyatı üzrə sürücülərə təhvil verir
- Ehtiyat baza formalaşdırmaq üçün depoya alınan avtomobil hissələrinin keyfiyyətini və yararlığını yoxlayır
- Anbardan gündəlik təmir işləri üçün alınan avtomobil hissələrinin təhvil-təslimini edir
İş vaxtının norması:
- 5 günlük iş rejimi; 09:00-18:00
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: İmişli və Biləsuvar rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kənd təsərrüfatı texnikaları üzrə mühəndis - 25430” qeyd etməyiniz xahiş olunur.












