Azersun Holding
Sağımxana nəzarətçisi
Son tarix 20 mar 2026 - Müraciət et
Müəssisə: KÜRDƏMİR SÜD EM. ZAV. MMC
Tələblər:
- Ali təhsilli olmalı.
- Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi olmalıdır.
- Analitik düşünməyi, dəyərləndirməyi, vaxtında doğru qərar verməyi bacarmalı.
İş haqqında məlumat:
- Sağıma ilkin hazırlıq işlərinə nəzarət etmək.
- Sağımı başlatmaq üçün heyvanların qruplar halında sağımxanaya daxil olmasına nəzarət etmək.
- Heyvanların sağıma düzgün daxil olmasına, dərmanlanıb tam sağılmasına və sağımxanadan çıxmasına nəzarət etmək.
- Sağım zamanı xəstə heyvan aşkar etdikdə qrupdan ayırmaq.
- Sağım prossesinin düzgün getməsinə nəzarət etmək.
- Sağım bitdikdən sonra Sağımxananın düzgün yuyulmasına (ümumi təmizliyə) nəzarət etmək.
- Müəyyən edilmiş vaxtda qrafikə uyğun satışa hazır olan südü çənlərdən tankerə vurmaq.
İş Yeri: Kürdəmir rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “ Sağımxana nəzarətçisi (Kürdəmir) ” qeyd etməyiniz xahiş olunur.
Mayalandırma mütəxəssisi
Son tarix 20 mar 2026 Müraciət et
Talep No: 30106
Müəssisə: KÜRDƏMİR SÜD EM. ZAV. MMC
Tələblər:
- Ali təhsilli olmalı.
- Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi olmalıdır.
- Analitik düşünməyi, dəyərləndirməyi, vaxtında doğru qərar verməyi bacarmalı.
İş haqqında məlumat:
- Mayalanma vaxtı çatmış heyvanların qrupa ayrılması.
- Mayalandırma vaxtını düzgün müəyyən etməli.
- Toxumları düzgün şəraitdə saxlanılmasına əməl etməlidir.
- Mayalandırma alətlərinin düzgün şəraitdə saxlanmasına əməl etməlidir.
- Mayalandırmadan sonra inəklərə xüsusi şərait yaratmalı.
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək.
İş Yeri: Kürdəmir rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Mayalandırma mütəxəssisi (Kürdəmir)” qeyd etməyiniz xahiş olunur.
Satınalma üzrə mütəxəssis (Qazax rayonu)
Son tarix 20 mar 2026 Müraciət et
Müəssisə: Qafqaz Konserv Zavodu MMC
Vəzifə üzrə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil.
- Sürücülük vəsiqəsi (B Kateqoriyası ).
- Satınalma sahəsində minimum 1 il iş təcrübəsi.
- Satınalma, tender və təchizat prosesləri üzrə ümumi biliklər.
- Analitik düşünmə və bazar araşdırması bacarığı.
- Hesabatların hazırlanması və sənədlərlə işləmək bacarığı.
- Komanda ilə işləmək və ünsiyyət bacarığı.
Vəzifə öhdəlikləri:
- Risk təhlili aparmaq və alternativ istehsal bölgələri və istehsalçılarla əlaqə yaratmaq.
- Təchizat sifarişlərinin idarə olunmasına nəzarət etmək (sifarişlərin yerləşdirilməsi, icrasına nəzarət, hesabatların hazırlanması və bağlanması).
- Satınalma sorğularının hazırlanması, icrası, yoxlanılması və müvafiq hesabatları tərtib etmək.
- Məhsulun qablaşdırma standartları üzrə qablaşdırma edən istehsalçılarımızı və ya təchizatçılarımızı öyrətmək və onların planlama proseslərinə nəzarət etmək.
- Daxili və xarici bazarın təhlili, tələb olunan material və xidmətlərin araşdırmaq.
- Təchizatçı bazasının formalaşdırmaq, qiymətləndirmək və mütəmadi yeniləmək
- Tender və sorğuların hazırlamaq, qiymət və şərtlərin müqayisəli təhlil etmək.
- Satınalma prosesinin ən əlverişli kommersiya və keyfiyyət şərtləri ilə həyata keçirilməsini təmin etmək.
- Meyvə bazarı, Şəmkir Səbət bazarı, Tovuz, Şabran, Xaçmaz və Quba kimi yerli istehsal sahələrindəki topdansatış bazarlarını keyfiyyət və qiymət baxımından düzgün qiymətə düzgün məhsul əldə etmək üçün davamlı olaraq izləmək.
- Satınalma fəaliyyəti üzrə müntəzəm hesabatları hazırlamaq və analiz etmək.
- Ödəniş sorğularının hazırlanması, icrası və ödənişlərə nəzarət etmək.
- Müqavilələri hazırlamaq, icrasına nəzarət etmək və müqavilə şərtlərinə əməl olunmasını təmin edilmək.
İş şərtləri:
- İş ünvanı: Qazax rayonu
- İş qrafiki: 5 günlük, 09:00-18:00
- Nahar şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma üzrə mütəxəssis – Qazax” qeyd etməyiniz xahiş olunur.












