Azersun Holding
Risklərin təhlili və hesabatlılıq üzrə mütəxəssis
Son tarix 21 fev 2026 - [email protected]
Müəssisə: Azərbaycan Sənaye Bankı
Vəzifə öhdəlikləri:
- Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi (bankın aidiyyəti struktur bölmələri ilə birgə) üzrə işləri həyata keçirmək;
- Risklərin idarə edilməsi məqsədi ilə bankın digər struktur bölmələrindən alınmış məlumatları təhlil etmək;
- Gündəlik riskli əməliyyatlarla bağlı araşdırma aparmaq;
- Risklərin müəyyənləşdirilməsi üçün müxtəlif sorğular hazırlamaq və cavablandırılmasına nəzarət etmək;
- Risklərin müəyyənləşdirilməsi və ölçülməsi üçün sorğuların nəticələrini analiz etmək;
- Bankın fəaliyyət sahələri üzrə risk göstəricilərini təhlil etmək;
- Bankdaxili sənədlərin və iş proseslərinin təhlilini aparmaq, riskli sahələri müəyyən etmək, həmçinin onların aradan qaldırılması üzrə təkliflər vermək;
- Risk xəritəsinin hazırlanmasını və onun icrasına monitorinqi həyata keçirmək;
- Bütün aktiv və passiv əməliyyatlar üzrə risk limitlərini hesablamaq, onlara dəyişikliklər üzrə təkliflər hazırlamaq;
- Aidiyyatı şəxslərlə əməliyyatlar üzrə risk limitlərini analiz etmək və üst rəhbərinə məlumat vermək;
- Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq və kənarlaşmalar barədə məlumatı üst rəhbərliyinə təqdim etmək;
- Aidiyyatı struktur bölmələrlə birgə rüblük stress-testlərin keçirilməsi ilə bağlı departament/şöbə rəhbərliyinin təlimatlarını yerinə yetirmək;
- Bankın aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planını hazırlanmasında iştirak etmək;
- Bankın aidiyyatı struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması ilə bağlı departament rəhbərliyinin tapşırıqlarını yerinə yetirmək;
- Risk səviyyəsinin adekvat qiymətlərinin təmin olunması və bankın, eləcə də filialların kredit portfeli üzrə ehtiyatların formalaşdırılması (Bankın müvafiq daxili sənədlərində nəzərdə tutulmuş səlahiyyət çərçivəsində) ilə bağlı məlumatları analiz etmək;
- Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair araşdırma aparmaq və rəy vermək;
- Bank məhsulları üzrə sazişlərin ekspertizasını icra etmək;
- Risklərin idarə edilməsi işində bankın aidiyyatı struktur bölmələrinə metodoloji yardım göstərmək;
Tələblər:
- Ali təhsil (İqtisadiyyat və/və ya Texniki sahə üzrə);
- Minimum 1 il bank sahəsində iş təcrübəsi o cümlədən müvafiq sahə üzrə ən azı 6 ay təcrübə mütləqdir;
- Azərbaycan, ingilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (digər dillər üstünlükdür);
- Microsoft Office və bank proqramları üzrə biliklər;
- Analitik düşüncə, riyazi təhlil etmə bacarığı, həm fərdi, həm də komanda şəklində işləmə qabiliyyəti.
Biz nə təklif edirik:
- İş yeri: Dreamland Baku
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun, rəqabətqabiliyyətli
- İş mühiti: Regionun aparıcı bank şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mühit
Tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərsiniz və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Risklərin təhlili və hesabatlılıq üzrə mütəxəssis – 26894 ” qeyd etməyiniz xahiş olunur.
Rəqəmsal Dəstək üzrə Mütəxəssis
Son tarix 21 fev 2026 - [email protected]
Müəssisə: Azərbaycan Sənaye Bankı
Vəzifə öhdəlikləri:
- Oracle Database üzərində SQL vasitəsilə hesabatların hazırlanması və məlumatların analizi
- Core Banking sistemində filial və departamentlərdə yaranan texniki və əməliyyat xətalarının araşdırılması və kök səbəbinin təhlili
- Rəqəmsal kanallar ilə Core Banking sistemləri arasında web service (API) inteqrasiyaları üzrə əməliyyatların monitorinqi və texniki nasazlıqların təhlili• Alternativ dağıtım kanalları (Mobil/İnternet bankçılıq, Ödəniş Terminalları, ATM, POS və s.) üzrə əməliyyat problemlərinin analiz edilməsi
- Aşkarlanan problemlərlə bağlı vendorlara texniki sorğuların (ticket/incident) yaradılması və icrasının izlənməsi
- Vendorlar, daxili IT komandaları, filiallar və digər struktur bölmələrlə koordinasiyalı işləmək
- Rəqəmsal kanallar və sistemlər üzrə hesabatların və analitik məlumatların rəhbərliyə təqdim edilməsi
Tələblər:
- Ali təhsil (İT, Kompüter elmləri, Maliyyə və ya oxşar sahələr üzrə)
- Bank sektorunda və ya maliyyə təşkilatında minimum 1–3 il müvafiq iş təcrübəsi
- SQL üzrə yüksək səviyyədə bilik və Oracle DB ilə praktiki iş təcrübəsi• Core Banking sistemləri və bank əməliyyat prosesləri haqqında anlayış
- Web service (SOAP / REST API) sorğuları üzrə anlayış və praktiki iş təcrübəsi
- API inteqrasiyaları zamanı request/response strukturlarının, status kodlarının və xəta mesajlarının analizi bacarığı
- Texniki problemlərin analizi və həlli bacarığı
- Vendorlarla texniki yazışma və sorğuların idarə olunması təcrübəsi
- MS Office, xüsusilə Excel üzrə yaxşı biliklər
- Azərbaycan dili – səlis, İngilis dili – texniki yazışmalar səviyyəsində
- Analitik düşünmə, məsuliyyətlilik, stressə davamlılıq və komandada işləmə bacarığı
Biz nə təklif edirik:
- İş yeri: Dreamland Baku
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun, rəqabətqabiliyyətli
- İş mühiti: Regionun aparıcı sığorta şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mühit
Tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərsiniz və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Rəqəmsal Dəstək üzrə Mütəxəssis – 28720 ” qeyd etməyiniz xahiş olunur.











