Azersun Holding
İnspektor
Son tarix 25 okt 2025 - Müraciət et
Müəssisə: AZ ŞƏKƏR İST. BİRLİYİ MMC
Tələblər:
- Ali təhsil: (Sənaye mühəndisliyi, Kimya mühəndisliyi, Qida mühəndisliyi, Maşınqayırma mühəndisliyi üzrə)
- Keyfiyyətə nəzarət, proses nəzarəti və istehsalat sahəsində minimum 1-2 il iş təcrübəsi (arzuolunandır)
- ISO 9001 və digər müvafiq standartlar üzrə biliklər
- MS Office proqramlarında işləmək bacarığı
- Diqqətli, məsuliyyətli və analitik düşünmə bacarığı
- Komandada işləmək və texniki sənədlərlə işləmək qabiliyyəti
Əsas vəzifə öhdəlikləri:
- İstehsal proseslərinin hər mərhələsində texnoloji ardıcıllığı və məhsulun keyfiyyətini izləmək, baş verən uyğunsuzluqları yazılı şəkildə Baş inspektora bildirmək
- İstehsal xətlərində, avadanlıqlarda və texnoloji parametrlərdə nasazlıq və limitdən kənara çıxma hallarında dərhal əlaqədar şəxslərə məlumat vermək və tədbirləri sənədləşdirmək
- Proses Kontrol təlimatlarına və referans sənədlərə uyğun olaraq aparılan texniki işləri vaxtında sənədləşdirmək və imzalamaq
- Proses və Keyfiyyətə Nəzarət formlarını düzgün, tam və səliqəli şəkildə doldurmaq, uyğunsuzluqlar zamanı Düzəldici Fəaliyyət İstək Formları hazırlamaq
- Hazır məhsulda rast gəlinən keyfiyyət problemləri barədə İstehsal Müdirinə və Baş inspektora yazılı məlumat təqdim etmək və düzəldici tədbirləri izləmək
- Məhsul və palet üzərində izlənəbilirlik üçün məlumatların tamlığını yoxlamaq, uyğunsuzluq hallarında tədbir görmək və sənədləşdirmək
- Texniki avadanlıqlarda baş verən nasazlıqları operativ şəkildə bildirmək, həll prosesini izləmək və hesabat vermək
- Ambalajlama prosesinə nəzarət etmək, uyğunsuz halları formalaşdırılmış şəkildə sənədləşdirmək və sorumlu şəxslərə təqdim etmək
- Ambalaj və qatqı materiallarının giriş nəzarətini həyata keçirmək, uyğun olmayan hallarda İstehsalat Müdirinə və Baş inspektora məlumat vermək
- Gigiyena və təmizlik qaydalarına əməl olunmasına nəzarət etmək, uyğunsuzluqlar zamanı məsul şəxsləri məlumatlandırmaq və tədbirləri izləmək
- Hazır məhsulun nəqliyyat vasitəsinə yüklənməsinə nəzarət etmək, uyğunsuzluq olduqda sənədləşdirib məlumat vermək
- Gecə növbələrində anbarların açılışında iştirak etmək və plomb məlumatlarını növbəlik raporlamaya daxil etmək
- Texniki sahələrdəki fəaliyyətlərə dair gündəlik hesabatları hazırlamaq və arxivləşdirmək
- Hazır məhsulların anbarlardakı saxlanma şərtlərinə nəzarət etmək
- Inventar sayımları və imha proseslərində iştirak etmək
- Xammal, köməkçi maddə və son məhsulun düzgün yığılması və saxlanmasına nəzarət etmək
- Keyfiyyət və proses nəzarət nöqtələrinin, metod və sənədlərinin hazırlanmasında iştirak etmək
- Keyfiyyətə nəzarət müayinələrini analiz axış sxemlərinə və qəbul edilmiş metodlara əsasən aparmaq
- Qəza və təhlükəli hallar barədə dərhal rəhbərliyə məlumat vermək
- İş prosesi və məhsul istehsalı zamanı qida təhlükəsizliyi risklərinə qarşı tədbirlər görmək və məsuliyyət daşımaq
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə İnspektor (İmişli) - 26756” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.
İş Qrafiki:
- Növbəli iş qrafiki
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
İş Yeri: İmişli
İnsan resursları üzrə təcrübəçi
Son tarix 25 okt 2025 - Müraciət et
Müəssisə: AZ ŞƏKƏR İST. BİRLİYİ MMC
Səndən Nə Gözləyirik?
- Ali təhsil (iqtisadiyyat, menecment, insan resursları və s. ixtisası üzrə);
- Əmək qanunvericiliyi bilikləri
- İş təcrübəsi tələb olunmur;
- Komanda ilə işləmə bacarığı;
Vəzifə öhdəlikləri:
- İnsan Resursları və kadr kargüzarlığı məsələləri ilə bağlı müvafiq öhdəliklərin yerinə yetirilməsi;
- İşçilərin iş qrafiki üzrə işə cəlb olunması zamanı davamiyyətlərinin yoxlanılması, şöbələr üzrə icra olunan kadr əmrlərin rəhbərlik tərəfindən imza və möhür olunmasının həyata keçirilməsi
- Təcrübə rəhbərinin digər müvafiq tapşırıqlarını icra etmək.
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilmək.
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək.
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə, Şirkətdə ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək, Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək.
- Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etmək , Əmək məhsuldarlığını artırmaq , işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq.
Təcrübə müddəti:
- 3 ay (performansa əsasən uzadıla və ya iş təklifi ilə nəticələnə bilər)
- İş Qrafiki: Həftə içi 5 gün | 09:00 – 18:00
- Nahar şirkət tərəfindən təmin olunur
- Təcrübə müddəti ödənişlidir
Müəssisə: Azərbaycan Şəkər İstehsalat Birliyi MMC / Qida-Agro MMC
İş yeri: İmişli rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İnsan Resursları üzrə Təcrübəçi (İmişli) - 25985" qeyd etməyiniz xahiş olunur.
Marketinq şöbə müdiri
Son tarix 25 okt 2025 - Müraciət et
Müəssisə: AL MARKET MMC
Namizədə tələblər:
- Ali təhsil (Marketinq, Biznes İdarəçiliyi və ya əlaqəli sahələr üzrə);
- Marketinq sahəsində minimum 5 il, idarəçi vəzifəsində minimum 2 il iş təcrübəsi;
- Rəqəmsal marketinq alətləri və platformaları üzrə dərin biliklər (Google Ads, Meta Ads, SEO, analitika və s.);
- Kreativ düşüncə tərzi və analitik bacarıqlar;
- Reklam, PR və media planlaşdırması sahəsində praktiki təcrübə;
- Komandaya rəhbərlik etmək, işləri planlamaq və icrasına nəzarət etmək bacarığı;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- Azərbaycan dilində sərbəst, ingilis dili və rus dili bilikləri üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Reklam, video və foto çəkilişlərin planlanması, icrası və keyfiyyətinə nəzarət etmək;
- Şirkətin ümumi strateji hədəflərinə uyğun olaraq rəqəmsal marketinq strategiyasını və büdcəsini aylıq əsasda planlamaq və icrasına nəzarət etmək;
- Rəqəmsal reklam kanallarında (Google Ads, Google Display Network, Facebook, Instagram və digər sosial şəbəkələr) kampaniyaların planlanması, idarə edilməsi və nəticələrinin izlənməsi;
- Kampaniya postlarının, videolarının və digər kontentin yaradılmasına nəzarət etmək;
- Reklam nəticələrinin analitik təhlilini aparmaq, nəticələrə uyğun kampaniyaları optimallaşdırmaq;
- Rəqiblərin marketinq fəaliyyətlərini izləmək, alternativ reklam imkanlarını araşdırmaq və müvafiq təkliflər təqdim etmək;
- Rəqəmsal trendləri izləmək, kreativ ideyalar hazırlamaq və tətbiqi ilə bağlı təkliflər vermək;
- “Influencer” marketinq planlarını hazırlamaq, uyğun şəxslərlə əməkdaşlıqları təşkil etmək və kampaniyaların icrasına nəzarət etmək;
- Sosial media hesablarının idarə olunması, kontent və paylaşım planının hazırlanması və icrası;
- Yeni PL məhsullar üçün ad seçimi, dizayn işlərinin agentliklə koordinasiyası və icrasına nəzarət etmək;
- Outdoor reklamların (metrolar, Asan Xidmət mərkəzləri və s.) aylıq planlanması və agentliklə icrasının təmin olunması;
- PR və reklam materiallarının (dərgilər, holdinq daxilindəki imkanlar, televiziya, xəbər saytları və s.) hazırlanması və yayımlanmasına nəzarət etmək;
- Televiziya və xəbər saytlarında PR xəbərlərinin, reklam sujetlərinin hazırlanmasını və yayımlanmasını təşkil etmək;
- Korporativ sosial məsuliyyət layihələrinin planlanması və həyata keçirilməsi;
- Marketinq şöbəsinin ümumi fəaliyyətinə rəhbərlik etmək, komanda işini təşkil etmək və qarşıya çıxan məsələlərin həllini təmin etmək;
- Rəhbərliyin tapşırıqları əsasında yeni layihələrin araşdırılması, planlanması və icrasını təşkil etmək.
İş vaxtının norması: 5 günlük iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Ünvan: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Marketinq şöbə müdiri Al Market - 27290” qeyd etməyiniz xahiş olunur.
Sığorta satışı üzrə mütəxəssis - (Sumqayıt nümayəndəliliyi)
Son tarix 25 okt 2025 Müraciət et
Müəssisə: Azərbaycan Sənaye Sığorta ASC
Vəzifə öhdəlikləri:
- Təyin olunmuş satış planın reallaşdırılmasını təmin etmək;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək, müştərinin ziyarətinə getmək, məhsullarla bağlı ətraflı məlumat vermək, məhsulun üstünlüklərini çatdırmasını təmin etmək;
- Satış proseslərini reallaşdırılmaq;
- Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
- Təhkim edilmiş ərazidə satış həyata keçirmək;
- Fərdi/ korporativ görüşləri həyata keçirmək və tabe olduğu səlahiyyətli şəxsi keçirilən görüşlərin nəticəsi ilə əlaqədar məlumatlandırmaq;
- Müştərilərin hansı sığorta şirkətləri ilə çalışdığını öyrənmək və bu şirkətlərdə gördükləri müsbət və mənfi cəhətləri əldə etmək;
- Sığortaların yenilənməsini həyata keçirərəkən, sığorta müqaviləsinin müddəti bitmiş müştərilərin siyahısını tutmaq və yeni təkliflər etmək;
- Sistem üzərində sığortalıları izləmək və sığorta müqaviləsinin müddəti bitməsinə az qalmış müştəriləri müəyyən edərək müqavilələrini təzələmək məqsədi ilə görüşmək;
- Turizm şirkətlərinə səfər etmək və səyahət sığortası ilə əlaqədar təkliflər etmək;
- Uçot və nəzarət xarakterli hesabatları hazırlamaq;
- Tələblərə uyğun olaraq vaxtında lazımi sənədləri tərtib etmək, uçot aparmaq və sığorta müqavilələrinin bağlanması ilə əlaqədar sənədlərin saxlanılmasını təmin etmək.
Tələblər:
- Orta təhsil;
- 1 il sığorta sahəsində iş təcrübəsi;
- Kompüter bacarıqları: Microsoft Office
- Dil bilikləri: Rus dili, Türk dili orta səviyyədə;
Biz nə təklif edirik:
- İş yeri: Sumqayıt şəhəri
- İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur.
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.
- İş mühiti: Regionun aparıcı siğorta şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mədəniyyət.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Siğorta satışı üzrə mütəxəssis (Sumqayıt nümayəndəliliyi) - 26749" qeyd etməyiniz xahiş olunur.