Azersun Holding
Planlama üzrə baş mütəxəssis
Son tarix 22 iyn 2024 - Müraciət et
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsili olmalı;
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi olmalı;
- Rus dilini və İngilis dilini biliyi arzuolunandır;
- MS office proqram paketini yaxşı səviyyədə bilməli:
Vəzifə Öhdəlikləri:
- Satış ve bazar araşdırmadan gələn təxmini plan çərçivəsində həftəlik, aylıq və ya illik olmaqla istehsal planını və buna uyğun olaraq da məhsul planlamasını hazırlamaq;
- Planlanan məhsulun zamanında istehsala daxil olması üçün səy göstərmək;
- Əldə olan və yeni təmin edilən məhsulu stokda saxlayaraq doğru şəkildə dağıtımını həyata keçirtmək,
- Planlamaya daxil olan təxmini sifarişlərə görə hazırlanmış istehsal planına əsasən daxili və xarici bazardan satınalma yolu ilə alınacaq məhsulları müəyyən etmək və bunları Satınalma bölümünə bildirmək.
- İstehsal olunmuş məhsulun stokunu təqib etmək və stokda əksilən məhsulların istehsal planını vermək,
- Təşkilatda yeni istehsal olunacaq məhsulların Keyfiyyətə nəzarət bölümü tərəfindən təsdiqini aldıqdan sonra MRP-yə daxil etmək.
- Xüsusi kompaniyalar zamanı məhsulların siyahısını hazırlayıb istehsal planına daxil etmək öncəlikli olaraq istehsalı üçün səy göstərmək.
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Planlama üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Təlim və inkişaf üzrə mütəxəssis
Son tarix 22 iyn 2024 Müraciət et
Tələblər:
- Ali təhsilli (İnsan Resurslarının İdarəolunması, Sosial Elmlər, Biznes İdarəçiliyi kimi sahələrdə ali təhsil arzu olunandır) olmalı;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Yaxşı səviyyədə ingilis və ya rus dili biliyi;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
- Kommunikasiya və təqdimat bacarıqları;
- İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər;
İş haqqında məlumat:
- Mərkəzin fəaliyyəti ilə bağlı hazırlanmış əməliyyat planına uyğun olaraq tapşırıqları icra etmək;
- Təlim, ixtisasartırma, yenidən hazırlanma, peşə hazırlığı və sertifikasiya proqramları ilə bağlı modeli hazırlamaq, təşkil və tətbiq edilməsi prosesində iştirak etmək;
- Daxili təlimçilərin hazırlanması və təlim proseslərinə cəlb olunması məqsədilə struktur vahidlərinin rəhbərləri ilə danışıqlar aparılmasını təşkil etmək;
- Cəmiyyətin əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təlimləri təşkil etmək;
- İllik təlim planına uyğun olaraq təlimlərin keçirilməsi qrafikinin hazırlanmasında iştirak etmək;
- Kənar vendorların seçilməsi məqsədilə görüşlər təşkil etmək;
- Kənar vendor şirkətlərlə müqavilələrin müvafiq qaydada imzalanması məqsədilə verilmiş tapşırıqları icra etmək;
- İllik təlim büdcəsinin formalaşdırlması ilə bağlı müvafiq tapşırıqları icra etmək;
- Təlim xərclərinin illik təlim büdcəsi çərçivəsində aparılmasını təşkil etmək;
- Şöbədaxili hesabatları hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
- İnsan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması, bununla bağlı zəruri texniki platformanın hazırlanmasını təşkil etmək ilə bağlı təkliflər vermək;
- Aylıq olaraq görülmüş işlər barədə idarə rəisinə hesabat vermək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
İstedadların İdarəedilməsi şöbəsinin Müdiri
Son tarix 22 iyn 2024 Müraciət et
Tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan – əla; İngilis dili-əla;
- Microsoft Office- Yaxşı;
- Təcrübə: 6 il (Karyera İdarəetmə, İstedad İdarəetmə və oxşar sahələrdə)
- Hesabatı və təhlili aparmaq bacarığı;
- Komanda işinə meylli olmaq və analitik düşünərək problemləri həll etmək bacarığı;
- Təlim, kouçinq və inkişaf proqramları və s. sahələrdə layihə idarəetmə təcrübəsi;
- Qlobal HR və istedad tendensiyalarına və ən yaxşı təcrübələr haqqında məlumatlı olmaq.
Vəzifə öhdəlikləri:
- Şirkətdaxili istedadlar üçün müsahibələr və karyera planlaması araşdırmalarının aparılması;
- Dəyərləndirmə Mərkəzinin planlaşdırılması, monitorinqi və hesabatlarının hazırlanması;
- İstedad fondunun yaradılması və təqib proseslərinin dəstəklənməsi, istedadların idarə edilməsi ilə bağlı yeni layihələrin hazırlanması və innovasiya fəaliyyətlərində iştirak;
- Kritik mövqelərin və ehtiyat proseslərinin müəyyən edilməsi, təşkilat daxilində istedad ehtiyatlarının müəyyən edilməsi və istedadlar üçün inkişaf planının hazırlanması proseslərində iştirak etmək;
- İnsan Resurslarının digər funksiyaları ilə birlikdə yüksəliş, rotasiya və təyinatların qiymətləndirilməsini idarə etmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İstedadların İdarəedilməsi Şöbə Müdiri” qeyd etməyiniz xahiş olunur.