Azersun Holding
İnsan resursları üzrə kiçik auditor
Son tarix 13 okt 2023 Müraciət et
Tələblər:
- Ali təhsilli olmalı;
- İnsan resursları sahəsində üzrə ən az 1-2 il iş təcrübəsinə malik olmalı;
- Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- Əmək qanunvericiliyinin tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
- Auditin əsas prinsipləri bilməli;
İş haqqında məlumat:
- Təsərrüfat subyektinin bütün fəaliyyətinin, o cümlədən kassa, mühasibat-maliyyə uçotu, vergi uçotu, alış, satış, istehsal, əsas vəsaitlər, mal-material ehtiyatları, anbar, insan resursları, inzibati fəaliyyətinin normativ-hüquqi aktlara və təsdiq edilmiş daxili prosedurlara, qaydalara, əsasnamalərə uyğunluğunu yoxlaması;
- Daxili audit fəaliyyətləri ilə bağlı işçi sənədlərin hazırlanması, keyfiyyətin təmin edilməsi, arxivləşdirmə və sənədləşmə proseslərinin aparılması;
- Auditin nəticələri barədə rəhbərliyə hesabat vermək və müəssisənin fəaliyyətində dəyişikliklərə dair tövsiyələr təqdim olunması;
- Risk əsaslı yanaşma ilə təminat və məsləhət xidmətlərinin göstərilməsi və nəticələrinin hesabat olaraq təqdim edilməsi;
- Müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət olunması;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “ İnsan resursları üzrə kiçik auditor” qeyd etməyiniz xahiş olunur.
Sığorta hadisələrinin araşdırması üzrə Aparıcı Mütəxəssis
Son tarix 13 okt 2023 Müraciət et
Tələblər:
- Ali təhsil olmalı;
- Microsoft Office proqramları bilməli;
- Bank və sığorta sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
- Qrup şəklində işləmək qabiliyyəti, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
İş haqqında məlumat:
- Zərər dəymiş əmlaka baxış keçirərək qiymətləndirməni aparmaq;
- Ehtiyac yarandıqda hadisə yerinə çıxış etmək, həqiqi və ya saxta hal olması ilə əlaqədar hadisəni araşdırmaq;
- Zərər dəymiş əmlakın ehtiyac yarandıqda şəkil üzərindən qiymətini təyin etmək;
- Qiymət təyin edilə bilməyən zaman dəyərləndirmə üçün müştərini təmir müəssisələrinə yönəltmək;
- Regionlarda və Bakıda olan yol nəqliyyat hadisələri üzrə nəqliyyat vasitələrinə dəymiş ziyan üzrə qüsur aktlarının tərtibatında təmir müəssisəsində iştirak etmək, servisdən verilən qiymətləndirmə dəyərini analiz etmək;
- Sığorta işi sistemdə təsdiq olunduqdan sonra zərər dəymiş əmlakın təmir-bərpa olmaq məqsədilə təmir müəssisəsinə istiqamətləndirmək;
- İlkin təklif olunmuş qiymət ilə razılaşmayan müştəri ilə görüşmək və razılıq əldə olunmasına çalışmaq;
- Qiymətləndirmə ilə bağlı razılıq əldə olunduqdan sonra təmir üçün müştərini servisə yönləndirmək;
- Servislərdə təmir olunan nəqliyyat vasitələrinə nəzarət etmək;
- Cəmiyyətə qarşı irəli sürülmüş subroqasiya tələblərini qiymətləndirmək, yenidən qiymətləndirmə üçün digər şirkətlərlə görüşmək;
- Zərərə aid qüsur aktı təqdim olunduqda həmin sənədləri icraçıya təqdim etmək;
- Ay ərzində qüsur aktları barədə hesabatlar hazırlamaq;
- İlkin qiymətləndirmə zamanı ehtiyat hissələrə qiymət qoymaq;
- Qəza zamanı zərər dəymiş daşınmaz əmlakı dəyərləndirmək;
- Ölkədaxili və xarici ehtiyat hissələrini axtararaq təmin etmək;
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Sığorta hadisələrinin araşdırması üzrə Aparıcı mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Baş mühasib
Son tarix 13 okt 2023 Müraciət et
Tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Bank/sığorta sahədə ən azı 3 il iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
- MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
İş haqqında məlumat:
- Xərclər smetasının hazırlanmasını təşkil etmək. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin qabaqcadan verilməsini, birdəfəlik haqq-hesabın işlənilməsini və ödənişlərin aparılmasını, dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqları, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsini və digər ehtiyat fondlarına ayırmalarını həyata keçirmək;
- Təhtəlhesab, balans, avans hesabatının aparılmasını tərtib etmək;
- Debitor və kreditorlarla bağlı üzləşmə aparmaq və üzləşmə aktı tərtib etmək;
- Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etmək;
- Cəmiyyətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək;
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktları rəsmləşdirmək;
- Sığorta fəaliyyəti haqqında AR Qanunda nəzərdə tutulan gəlir və xərclərin uçotunu muhasibatlıq uçotunda əks etdirmək;
- Dövlət və Maliyyə Bazarlarına Nəzarət orqanına hesabatları hazırlamaq və təqdim etmək;
- Əsas vəsaitlər, qeyri-maddi aktivlər və digər aktivlər üzrə əməliyyatları aparmaq (balansa daxil etmək və ya silmək, yenidən qiymətləndirmək, inventar nömrəsi vermək və s.) və bunlar üzrə amortizasiyaları hesablamaq;
- Səhmdarlar üçün tələb edilən hesabatları hazırlamaq və zamanında təqdim etmək;
- Ciddi hesabat blanklarının uçotuna nəzarət etmək;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək;
- Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürmək;
- Daxili mühasibatlıq sistemində yerli və xarici köçürmələrin icrasına nəzarət etmək;
- Ciddi hesabat blanklarının fasiləsiz tətbiqinə nəzarət etmək;
- Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar aparmaq;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin edilməsinə nəzarət etmək;
- Rəhbəri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Baş mühasib” qeyd etməyiniz xahiş olunur.
Biznes proseslərinin inkişafı departamentdə Mütəxəssis
Son tarix 13 okt 2023 Müraciət et
Tələblər:
- Sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr, qərar və sərəncamlarını bilməli;
- Respublikanın və xarici ölkələrin aidiyyəti sahə üzrə qabaqcıl təcrübəsini olmalı;
- İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməli;
- Daxili əmək intizamı qaydalarını bilməli;
- Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməli;
İş haqqında məlumat:
- Birbaşa rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi və sorğu əsasında hesabatın təqdim edilməsi
- “Mövcud Proses” və “Gələcək Proses” modellərin tərtibi rəhbərə təqdim edilməsi;
- Əldə edilmiş nəticələrin müvafiq forma üzrə vizuallaşdırılması ;
- Texniki tapşırıqların hazırlanması və rəhbərin təsdiq ;
- Yazılan texniki tapşırıqların analiz qrupu ilə bərabər çalışılması ;
- Öhdəliyində olan layihələrin təqib edilməsi və izlənilməsi ;
- Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi ;
- Layihələr çərçivəsində istifadəçilərə təlimlərin verilməsi
- Lazım gəldikdə komanda daxilində bitən işlərin canlıya alınması , tətbiqi əsnasında dəstək olması;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Biznes proseslərinin inkişafı departamentdə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.