Azersun Holding
Maliyyə Analizi üzrə Baş Mütəxəssis
Son tarix 21 avq 2023 [email protected]
Tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Aidiyyatı sahə üzrə minimum 2-3 illik iş təcrübəsi;
- Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
- Ezamiyyətlərə hazır olmalı (ölkədaxili və ölkəxarici);
- Eyni vaxtda bir neçə işə fokuslana bilməli;
- Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA F3, F7) olması əlavə üstünlükdür
- Xarici Auditor təcrübəsinin olması üstünlükdür
İş haqqında məlumat:
- Maliyyə cədvəllərinin hazırlanması;
- Maliyyə fəaliyyətinin təhlili, idarəedilməsi və planlanması;
- Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi;
- Pərakəndə və İstehsalat müəssisələrindən gələn hesabatlara əsasən data analizinin aparılması;
- Mütəmadi olaraq məhsuldarlığın və proseslərin analiz edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Toplanılmış məlumatları analiz edərək sistemin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
- Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi;
- Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
- Maliyyə ehtiyatlarının yetərli olub-olmadığını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanması;
- Maliyyə riskinin müəyyən edilməsi.
İş şərtləri:
- İş qrafiki: Həftə içi 5 gün
İş yeri:
- Sumqayıt şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Maliyyə Analizi üzrə Baş Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
ƏMTT üzrə mütəxəssis (SƏTƏM)
Son tarix 21 avq 2023 [email protected]
Tələblər:
- Ali təhsilli olmalı;
- Aidiyyatı sahə üzrə minimum 2-3 il iş təcrübəsi olmalı;
- Ofis proqramlarında işləməyi bacarmalı;
- Kollektivlə işləmək bacarığı;
- Normativ sənədlərlə işləməyi bacarmalıdır.
- B kateqoriyası sürücülük vəsiqəsi.
- Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;
- Təhlil etmə, hesabat vermə, məlumat toplama və problemləri müstəqil həll etmə bacarığı olmalıdır
İş haqqında məlumat:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməli;
- İş yerlərində zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
- İş yerlərinin sanitariyasına nəzarət və binanın, qurğuların, avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına, xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir;
- İş yerlərində bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir.
- Müəssisədə yanğın təhlükəsizliyi avadanlıqlarının xidməti və nəzarətinin təşkilini aparmalıdır.
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Sumqayıt şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “ƏMTT üzrə mütəxəssis (SƏTƏM)" qeyd etməyiniz xahiş olunur.