Azersun Holding
İnvestisiya Layihə Mühəndisi
Son tarix 17 mar 2026 - [email protected]
Tələblər
- Ali təhsil — Mexanika mühəndisliyi ixtisası üzrə
- Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi
- İngilis dilində yazılı və şifahi ünsiyyət bacarığı
- Kompüter bilikləri: MS Office, AutoCAD
- Layihə oxuma, texniki sənədlərlə işləmə və avadanlıq seçimi üzrə biliklər
- HVAC (isitmə, soyutma, havalandırma) və santexnika sistemləri üzrə ümumi biliklər
- Analitik düşünmə, planlama, koordinasiya və komanda ilə işləmə bacarığı
Vəzifə öhdəlikləri
- İnvestisiya layihələrinin planlaşdırılması, layihələndirilməsi və icrası mərhələlərində iştirak etmək
- Layihələrin icrası üzrə daxili bölmələr və podratçılar arasında koordinasiyanı təmin etmək
- Layihə və avadanlıq xüsusiyyətlərini təhlil edərək optimal texniki həlləri seçmək
- Layihə işlərinin vaxt qrafikini hazırlamaq və icranın vaxtında tamamlanmasını təmin etmək
- Tikinti, mexanika və avadanlıq üzrə yeni layihələrin investisiya tələblərinə uyğun icrasını təşkil etmək
- Risklərin müəyyən edilməsi və idarə olunması proseslərində iştirak etmək
- Şirkətin investisiya planlarının hazırlanmasında iştirak etmək və maliyyət hesablamalarını aparmaq
- Avadanlıq və istehsalçı seçimində iştirak etmək, təchizatçı performansını izləmək
- Yeni alınacaq avadanlıqlar üçün texniki şərtlərin hazırlanması və qəbul prosesində koordinasiyanı təmin etmək
- Mərkəzi soyutma-isitmə, HVAC və santexnika sistemləri üzrə layihə və sahə işlərinə nəzarət etmək
İş şəraiti
- İş yeri: Bakı şəhəri (Baş Ofis)
- İş Qrafiki: Həftə içi 5 gün, 09:00-18:00
- Nahar şirkət tərəfindən təmin olunur
- Nəqliyyat dəstəyi mövcuddur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İnvestisiya Layihə Mühəndisi” qeyd etməyiniz xahiş olunur.











