Azersun Holding
Mühasib
Son tarix 04 yan 2026 - Müraciət et
Müəssisə: QIDA -AGRO MMC
Tələblər:
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya Biznesin idarə edilməsi ixtisasları üzrə bakalavr və ya magistr dərəcəsi;
- Mühasibat və vergi uçotu sahəsində 3-5 il iş təcrübəsi;
- Vergi, DSMF, Statistika və digər dövlət qurumlarına hesabatların hazırlanması və təqdim olunması bacarığı;
- MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək bacarığı;
- 1C və ya analoji mühasibat proqramlarında işləmə bacarığı;
- Dəqiqlik, məsuliyyət, vaxtında icraetmə və komandada işləmə bacarığı;
Əsas vəzifə öhdəlikləri:
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında icra etmək;
- Mühasibat, vergi uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların aparılması, vergi sahəsi üzrə bütün hesabatların vaxtında göndərilməsi;
- Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, müqavilələrin, hesab-fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddətlərdə müvafiq orqanlara göndərilməsi;
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət və s.) hazırlanması və təqdim edilməsi;
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi, bəyannamələrin göndərilməsi və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək;
- Bank və kassa üzrə daxil olan və məxaric olunan pul vəsaitlərinin sənədləşdirilməsi və uçotunun aparılması;
- Debitor və kreditor hesablaşmaların aparılması, üzləşmə aktlarının tərtibinin təşkili və nəzarət edilməsi;
- Aylıq debitor-kreditor hesabatların tərtibinin təşkili;
- Müştərilərlə üzləşmə aktlarını və hesabatları hazırlamaq;
- İnternet banking əməliyyatlarının (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası və s.) həyata keçirilməsi;
- ƏDV depozit əməliyyatlarının aparılması;
- Əməyin mühafizəsi və təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;
- Əmək funksiyasını özünü və digər işçiləri təhlükəyə məruz qoymadan icra etmək, şəxsi buraxılış olmadan həyat üçün təhlükəli mənbələrdə iş görməmək;
- Əməyin mühafizəsi qaydalarının bütün pozuntuları, baş vermiş qəzalar və bədbəxt hadisələr barədə dərhal işəgötürənin nümayəndələrinə məlumat vermək;
- Qida təhlükəsizliyi ilə bağlı, iş prosesi və məhsul istehsalı zamanı yarana biləcək təhlükələrə görə məsuliyyət daşımaq.
İş qrafiki və ünvan:
- İş yeri: İmişli rayonu
- İş qrafiki: 5 günlük iş qrafiki
- Nahar şirkət tərəfindən təmin edilir
Müraciət qaydası:
- Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçt ünvanına göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
- Email-in mövzu hissəsində “Mühasib (İmişli) – 27982” qeyd etməyiniz xahiş olunur.











