Azersun Holding
Kofe məhsullarının tanıtımı üzrə mütəxəssis (Barista)
Son tarix 18 apr 2025 - Müraciət et
Vəzifə və öhdəli̇kləri:
- Qəhvə maşınlarından istifadə edərək müxtəlif qəhvə növlərinin (espresso, latte, cappuccino, flat white və s.) hazırlanması.
- Tələblərə uyğun xüsusi qəhvə və içki reseptlərinin yaradılması.
- İçki sifarişlərini sürətli və düzgün şəkildə hazırlamaq və təqdim etmək.
- Kofe avadanlıqlarının təmizliyini və texniki xidmətini təmin etmək, gigiyena qaydalarına əməl etmək.
- İstehlakçıya qəhvə və digər içkilər haqqında məlumat vermək və təkliflər irəli sürmək.
- Mehriban və gülərüz xidmət göstərmək.
- Kofe məhsullarının təqdimatı və tanıtımı – Baristalara və müştərilərə yeni kofe növlərini və onların xüsusiyyətlərini izah etmək.
- Təlimlər keçmək və master-klaslar təşkil etmək, Kofe dəmləmə üsulları, dad profilləri mövzusunda baristalara peşəkar təlimlər keçmək.
- Müştəri və tərəfdaşlarla iş – Müştərilərə kofeləri təqdim etmək, onların menyularına uyğun ən yaxşı seçimləri təklif etmək.
- Bazar araşdırması aparmaq - Kofe sənayesində yeni trendləri izləmək, baristaların ehtiyaclarını müəyyənləşdirmək.
- Kofe keyfiyyətinə nəzarət – İstifadə olunan kofe növlərinin və hazırlanma texnikalarının keyfiyyətini yoxlamaq.
- Yeni kofe məhsullarının inkişafında iştirak – Brendin məhsul çeşidini artırmaq üçün yeni kofe növləri və qarışıqları sınaqdan keçirmək.
- Təqdimat və tədbirlərdə iştirak – Kofe ilə bağlı sərgilərdə, müsabiqələrdə və tədbirlərdə təmsil etmək.
- Ehtiyac duyulduqda baristalara yerində dəstək vermək - Onların suallarına cavab vermək və real iş şəraitində dəstək olmaq.
Tələblər:
- Coffeeshop və mətbəxi üzrə ən az 1 il təcrübəyə sahib olmaq
- Yüksək ünsiyyət bacarığına malik, müştəri yönümlü və komanda ilə işləmək bacarığına sahib olmaq
- Qəhvənin yetişdirilmə bölgələri, növləri və qovrulma qaydaları üzrə biliklərə sahib olmaq
- Qəhvə maşınlarının texnikaları, fərqli dəmləmə və təqdimat metodları haqqında biliklər
- Müxtəlif qəhvə dənələri və dəmləmə üsullarını bilmək.
- Sürətli və praktik həllər tapa bilən, intensiv iş mühitinə uyğunlaşa bilən olmalı
- Espresso əsaslı içkilərə diqqət yetirməklə, qəhvə hazırlamaqda təcrübəyə sahib olma.
- Gigiyena və təmizlik qaydalarına diqqət yetirmək.
- Dəyişkən iş saatlarına uyğunlaşa bilmək.
- Problem həll etmə bacarığı və stress altında işləmə bacarığı,
- Detallara diqqət etmək və keyfiyyətə sadiqlik
İş şərtləri:
- Həftə içi 5 gün iş günü (istirahət: Şənbə və Bazar günü)
İş yeri:
- Bakı ş., 92A HEYDƏR ƏLİYEV PR.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kofe məhsullarının tanıtımı üzrə mütəxəssis (Barista)” qeyd etməyiniz xahiş olunur.