Azersun Holding
Media və açıq hava reklamları üzrə mütəxəssis
Son tarix 23 dek 2024 - Müraciət et
Müəssisə: SUN FOOD MMC
Tələblər
- Marketinq sahəsi üzrə ali təhsill;
- Müvafiq sahədə ən az 3-5 illik iş təcrübəsi;
- Rus və İngilis dillərini biliyi olması arzu olunandır;
- MS Office proqramlarını bilməli;
- Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür.
Vəzifə Öhdəlikləri
- OOH reklam yayımının təmin edilməsi;
- Media reklam yayımının həyata keçirilməsinə dəstək olmaq;
- Əməkdaşlıq müqavilələrinin tərtib olunması \ hazır daxil olan müqavilələrin kontrolu, müqavilələrin hüquq şöbəsi ilə razılaşdırılması; həyata
- Ödəniş sənədlərinin qəbulu, kontrol edilməsi, rəhbər şəxsə imzaladılması, ödənişə yönləndirməsi, ödənişlərin müqavilədə qeyd olunan müddətlərə uyğun keçirilməsinə nəzarət etmək ;
- Sifariş verilən reklam işlərinin aylar üzrə hesabatını tutmaq
- Prioritet reklam yerlərinin müəyyənləşdirilməsi;
- Reklam təkliflərinin qəbul olunması və brend yetkililəri ilə paylaşılması,
- Uyğun ola biləcək reklam imkanlarının əldə edilməsi üçün müvafiq satınalma əməkdaşına müraciət olunması;
- İcra olunmuş reklam işləri ilə tanış olaraq, keyfiyyət və kəmiyyətini kontrol edərək təhvil almaq;
- OOH reklam yayımlarını daima nəzarətdə saxlamaq, üçüncü tərəfin monitorinqi olmayan reklam yayımlarının manual olaraq monitorinq olunması;
- Aşkar olunan problemlərlə bağlı üst rəhbərini dərhal məlumatlandırmaq, problemin çözümü üçün təkliflər vermək;
- Şirkət daxili qurumlar və şirkət xaricindəki reklam şirkətləri, müvafiq qurumlar ilə koordinasiyalı çalışmaq;
- Davamlı araşdırmalar apararaq OOH yenilikləri brend menecerlər ilə bölüşmək.
İş Qrafiki:
- Həftə içi 5 gün
İş Yeri:
- Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna [email protected] göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Media və açıq hava reklamları üzrə mütəxəssis” (“Sun Food” MMC)” qeyd etməyiniz xahiş olunur.