Azersun Holding
Vitrin tərtibatı nəzarətçisi
Son tarix 12 mar 2024 - Müraciət et
Tələblər:
- Ali təhsilli;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – Əla; Rus dili-Yaxşı;
- Ezamiyyətə açıq olmalı;
- B kateqoriyalı sürücülük vəsiqəsinin olması mütləqdir.
Fərdi keyfiyyət göstəriciləri:
- Diqqətlilik;
- Keyfiyyət yönümlülük;
- Komanda ilə işləmə bacarığı;
- Planlaşdırma və problem həll etmə bacarığı;
- Səlis danışıq və düzgün diksiya.
Vəzifə öhdəlikləri:
- Vitrin tərtibatçılarının fəaliyyətlərinin təqib edilməsi, onların performansına uyğun olaraq mükafatlandırma və ya tənbeh prosedurlarını həyata keçirmək;
- Vitrin tərtibatçıları üçün günlük, həftəlik ərazi proqramlarını hazırlamaq və təqib etmək;
- Hər məhsul qrupuna aid ehtiyac olan POP, promosyon ləvazimatlarını əməkdaşlar arasında bölgüsünü təmin etmək;
- Məhsul sərgiləmə ilə bağlı etdiyi dəyişikliklərin vitrin tərtibatçısına çatdırılması və icrasına nəzarət etmək;
- Kompaniyalar haqqında vitrin tərtibatçılarına məlumat vermək və icrasına nəzarət;
- Satış artırıcı fəaliyyətlərin planlanması və tətbiqinə nəzarət etmək;
- Marketlərdə şirkət məhsullarının rəf indeksinin nəzarətdə saxlamaq ;
- Aylıq müştəri müqavilə uyğunluğuna yoxlanılmaq, uyğunsuzluq olduqda həll etmək;
- Aylıq vitrin tərtibatçıları dəyərləndirməsi hesabatı hazırlamaq və ay ərzində dəyərləndirmə bəndlərini təqib edir, nəticələr barədə işçiləri məlumatlandırmaq;
- Aylıq performans dəyərləndirilməsi (çek-list, rəf stoksuzluğu, iadə) zamanı raportların işçilərə bilidirmək və əksikliklərini araşdırmaq, problemi aradan qaldırmaq;
- Son istifadə tarixinə az qalan məhsulların məlumatlarını toplamaq, aidiyyatı olan məhsul qrupu ilə paylaşıb tədbirlər görmək;
- Hesabatlar hazırlamaq.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Nəqliyyat vasitəsi və xərcləri ilə təminat.
İş yeri: Gəncə şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Vitrin tərtibatı nəzarətçisi" qeyd etməyiniz xahiş olunur.