Azərsilah Holdinq “İqlim” MMC
Baş mühasib (Gəncə)
Son tarix 11 yan 2025 - [email protected]
İş yeri: Gəncə şəhəri
Əmək funksiyası:
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Debitor və kreditor borcların uçotunun aparılması;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
- Gəlir və xərclərin uçotunun aparılması;
- Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV)
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum) Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
- Təhsil ixtisası Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
- İş təcrübəsi (minimum) Müvafiq sahədə 2 il iş təcrübəsi (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
- Dil bilikləri Azərbaycan dili (ingilis və rus dili arzuolunandır)
- Kompüter bilikləri Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3
- Digər zəruri tələblər Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7 və s.)
- Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir.
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Problem həll etmə bacarıqları;
- Detallara diqqət;
- Komandada işləmək bacarığı;
- Analitik düşünmə bacarığı.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Baş mühasib (Gəncə)” qeyd etməyiniz xahiş olunur
Əmək haqqı üzrə Şöbə rəisi
Son tarix 11 yan 2025 - [email protected]
İş yeri: Bakı şəhəri, Buzovna qəsəbəsi
Əmək funksiyası:
- Şirkət əməkdaşlarının aylıq əmək haqqılarının hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasını təmin etmək;
- Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin etmək;
- Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Əmək haqqına dair sorğu və sualların cavablandırılmasını həyata keçirmək.
- Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,)əmək haqqı üzrə müxabirləşmələrin verilməsini təmin etmək.
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum) Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
- Təhsil ixtisası Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
- İş təcrübəsi (minimum) Müvafiq sahədə 3 il iş təcrübəsi (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
- Dil bilikləri Azərbaycan dili (ingilis və rus dili arzuolunandır)
- Kompüter bilikləri Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.
- Digər zəruri tələblər Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yaxşı səviyyədə bilmək
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Problem həll etmə bacarıqları;
- Detallara diqqət;
- Komandada işləmək bacarığı;
- Analitik düşünmə bacarığı.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Əmək haqqı üzrə şöbə rəisi” qeyd etməyiniz xahiş olunur
Mütəxəssis – Maliyyə şöbəsi
Son tarix 11 yan 2025 [email protected]
İş yeri: Bakı şəhəri
Əmək funksiyası:
- Ali təhsil (maliyyə, mühasibat uçotu və ya audit);
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirmək;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Debitor və kreditor borcların uçotunun aparılması;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
- Gəlir və xərclərin uçotunun aparılması;
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- 1C sisteminə əməliyyatların işlənməsi;
- İşgüzar yazışmaların aparılması;
- Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel), BTP, 1C;
- Komandada işləmək bacarığı;
- Rəhbərlik tərəfindən verilmiş bütün tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi, işə yüksək məsuliyyətlə yanaşma;
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
- Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
- İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 1 il (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
- Dil bilikləri: Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
- Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3
- Digər zəruri tələblər: Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3 və s.)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Maliyyə şöbəsində mütəxəssis” qeyd etməyiniz xahiş olunur
Hesabatlılıq və büdcə şöbə müdiri
Son tarix 11 yan 2025 [email protected]
İş yeri: Buzovna qəsəbəsi
Əmək funksiyası:
- Aylıq, rüblük və illik idarəetmə hesabatlarının və konsolidə edilmiş hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Ay sonu və ilin sonuna bağlanma prosesinə dəstək olmaq
- Təşkilatın gələcək plan və məqsədlərinə, eyni zamanda əvvəlki dövrlərin məlumatlarına əsasən qısa, orta ve uzunmüddətli proqnozların hazırlanması
- Maliyyə modellərinin hazırlanması və mütəmadi olaraq yenilənməsi
- Plan/fakt analizlərin aparılması və fərqlərin araşdırılması
- Təsdiq edilmiş büdcəyə uyğunluğunu təmin etmək üçün xərclərin monitorinqi və nəzarəti
- Səmərəliliyin və dəqiqliyin artırılması üçün büdcələşdirmə proseslərinə və alətlərinə yeniliklərin təklif edilməsi
- ƏSG göstəricilərinin yenilənməsi, modelləşdirilməsi və göstəriciləri təkmilləşdirmək üçün təkliflərin verilməsi.
- Biznesin maliyyə və əməliyyat data bazasını dəvamcıl və daha sürətli etmək üçün müəyyən departamentlərlə birlikdə proseslərin idarə edilməsində iştirak etmək
- Şirkətdə ERP-nin məqsədyönlü səviyyəyə yüksəldilməsində iştirak etmək
- Rəhbərliyi və xarici qurumları məlumatlandırmaq məqsədilə maliyyə və əməliyyat göstəricilərin təhlilini özündə ehtiva edən təqdimatların hazırlanması.
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum)- Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
- Təhsil ixtisası- Maliyyə, İqtisadiyyat
- İş təcrübəsi (minimum)- - Müvafiq sahə üzrə ən az 2 il (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
- Dil bilikləri- Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
- Kompüter bilikləri- Peşəkar səviyyədə Microsoft office proqramları(əsasən Excel), Power BI (arzuolunandır)
- Sertifikat/Vəsiqə - • Maliyyə üzrə beynalxalq sertifikatların mövcudluğu (ACCA,CFA və s.)
- Maliyyə hesabatları, büdcələşdirmə prosesləri, proqnozlaşdırma üsulları və maliyyə göstəriciləri üzrə biliklər
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Nəticə yönümlülük Tabeliyindəki əməkdaşları idarə etmək
- Komanda ruhu Layihələri idarə etmək
- Kommunikasiya Riskləri idarə etmək
- Problem həll etmək Strateji düşünmək
- Dəyişikliklərə uyğunlaşmaq Prosesləri idarə etmək
- Data analitika Qərar qəbul etmək
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Hesabatlılıq və büdcə şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.