Azersheker Company
Satınalmalar üzrə aparıcı mütəxəssis
Son tarix 01 sen 2023 - [email protected]
Vəzifə ilə bağlı biliklər:
- Satınalma prosedurlarını rəhbər tutaraq satınalma prosesinin düzgün, keyfiyyətli və vaxtında təşkil və icra edilməsi;
- Yerli və xarici tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
- Tenderlərin keçirilməsində iştirak etmək , tenderin əsas şərtlər toplusunun və digər tender sənədlərinin hazırlanması və birbaşa rəhbərə təqdim edilməsi
- Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, lazımi lisenziya və sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq
- Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;
- Yerli və beynəlxalq daşımaların təşkili və son məntəqəyə çatdırılana qədər sifarişin izlənməsi;
- Malın həcm və çəki məlumatlarının , yükləmə ünvanının və.s daşınma üçün lazım olan bütün məlumatların İstehsalçı ilə dəqiqləşdirilməsi, yük sənədlərinin istehsalçıdan tələb edilməsi, uyğunlunğunun yoxlanılması, sənədlərin tərtibi ilə bağlı istehsalçıya müvafiq təlimatların verilməsi,
- Xarici və daxili bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;
- Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək
- Satınalma müqavilələrini hazırlamasında iştirak etmək, müqavilələrdəki riskləri analiz etmək və riskləri minimallaşdırmaq
- Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək
Namizədə tələlər:
- Təhsil: Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali ixtisas təhsili;
- Təcrübə: Qeyd olunan vəzifə üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
- Tender prosesi, müqavilələrin idarə olunması, tədarükçülərlə münasibətlərin idarə olunmasında təcrübənin olması
- Kompüter biliyi: Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığıı;
- Təchizatçıların idarəedilməsi üzrə proqram təminatı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
- Tədarük zəncirinin idarə edilməsi, gömrük və logistika sahəsində biliklər;
- Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq;
- Mükəmməl ünsiyyət və danışıq bacarıqları, İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
- Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
- Xarici və daxili ezamiyyətlərə getmə imkanının olması
- Dil biliyi: Azərbaycan, Rus və İngilis dil bilikləri.
- CIPs sertifikartı üstünlükdür.
Əlavə məlumat:
İş yeri: Zərifə Əliyeva pr. 93 BEGOC Plaza
İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
Son tarix: 31 Avqust, 2023-cü il.
Maraqlanan şəxslər öz CV formalarını "Satınalmalar üzrə aparıcı mütəxəssis" başlığı ilə göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.