Azərşəkər LLC
Baş energetik (Füzuli Rayonu)
Son tarix 11 dek 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təsərrüfatda mövcud olan 35 kV gədər elektrik avadanlıqların texniki cəhətdən düzgün istismarını, təmirini və enerjinin qənaətlə sərfinə nəzarəti təşkil etmək
- Elektrik avadanlıqlarının, elektrik enerjisinin uçotu və sərfinin təhlilinin, enerji təsərrüfatı işlərinin texniki-iqtisadi göstəricilərinin, qəzalar, onların səbəblərinin azalması və ya çoxalmasının uçotunu təşkil etmək
- Profilaktik təmirlərin, texniki yoxlamanın və hazırlıq planlarının yerinə yetirilməsinə nəzarət etmək
- Elektrik qurğularında baş verə biləcək qəzaların aradan qaldırılması planlarının hazırlanmasını təşkil etmək;
- Təsərrüfatın yüksək gərginlikli yarımstansiyalarının və digər elektrik avadanlıqlarının fasiləsiz işləməsini təmin etmək;
- Təsərrüfatı elektrik enerjisi ilə təmin edən qurumlarla operativ danışıqların və rəsmi yazışmaların aparılması, icra edilməsi və müştərək işlərin təşkil edilməsi
- Təsərrüfatın enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsini həyata keçirmək;
- Ehtiyat hissələrinin və materialların avadanlıqların tələbatına əsasən Təsərrüfatın enerji təsərrüfatını təmin etmək;
- Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək;
- Enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək;
- Yeni istifadəyə verilmiş texnoloji qurğuların elektrik avadanlıqlarının prinsipial sxemlərini öyrənmək;
- Təsərrüfatın elektrik avadanlıqlarının əsaslı təmir işlərini aparmaq üçün yanaşı xidmət göstərən bölmələrlə əlaqəni təmin etmək ;
- Ehtiyat hissələrinin və elektrik avadanlıqlarının alınması ilə əlaqədar sənədləri hazırlamaq
- Təmir işləri ilə əlaqədar qüsur cədvəlləri və avadanlıqların əsaslı təmiri üçün smetaların baxılıb razılaşdırılması;
- Əmək funksiyasını icra etdiyi sahə və şöbələrdə elektrik nəzarətin edilməsi.
- Şəbəkənin və elektrik avadanlıqlarının, təhlükəsiz istismarını təmin etmək;
- Elektrik avadanlıqlarının illik ,aylıq ,günlük carı və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsinə nəzarət etmək.
- Təsərrüfatda işləyən sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək.
- Həftəlik, aylıq və illik elektrik təmir iş planlarının hazırlanmasının təşkili, təmir strategiyalarının müəyyən olunması və resursların effektiv istifadəsini təmin etmək.
Vəzifə tələbləri:
- Ali təhsilli (Energetika və ya Avtomatika mühəndisliyi);
- Müvafiq sahədə ən azı 10 il iş təcrübəsi;
- Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması və istismarı qaydaları;
- Sənaye avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimi, onların istismar qaydaları;
- Enerji təminatı sahələrində qüvvədə olan qanunvericiliyinin tələblərini;
- Elektrik qurğularının quraşdırılması və istismarı zamanı texniki təhlükəsizlik qaydaları;
- Avtomatika sistemləri,kompressor və generatorların təhlükəsiz ististmarı ilə bağlı tələb edilən texniki təhlükəsizlik qaydalarını bilməlidir.
Əlavə məlumat:
- Struktur: Əməliyyatlar departamenti
- Bilavasitə tabe olduğu şəxs: Departament rəhbəri
- İş yeri: Füzuli rayonu, Qayıdış qəsəbəsi
- İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00; Şənbə günü 09:00-13:00);
- Nahar: Müəssisə tərəfindən qarşılanır.
- Nəqliyyat: Müəssisə tərəfindən qarşılanır.
- Son müraciət tarixi: 11.12.2024
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Baş energetik) qeyd edərək elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq