Azərpoçt
İnformasiya texnologiyaları təhlükəsizliyi üzrə Baş mütəxəssis
Son tarix 16 fev 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Biznes üçün kritik verilənlərin inventar, təsnifat və identivliyinin müəyyən olunması üçün lazımi ölçülər götürmək;
 - Hücumlar, müdaxilələr və qeyri-adi, icazəsiz və qeyri-qanuni fəaliyyətlərə nəzarət;
 - Müdaxilə insidentlərini aşkarlamaq və yaranma səbəblərini araşdırmaq;
 - Boşluqların aradan qaldırılması tədbirlərini həyata keçirmək üçün İT və İnformasiya
 - Təhlükəsizliyi heyəti ilə daim əlaqə saxlamaq;
 - İnformasiya Təhlükəsizliyi sistemlərinin dəstəklənməsi (SIEM, Endpoint Security, Privileged Access Management, NGFW, IDS/IPS, WAF, DLP);
 - Daxili işçilər və üçüncü tərəf təchizatçılar üçün təhlükəsizlik təlimlərinin təmin olunmasına məsul olmaq;
 - Yeni/mövcud təhlükəsizlik alətlərin tətbiqi/təkmilləşdirilməsi.
 
Vəzifə üzrə tələblər:
- Ali təhsil;
 - İnformasiya Təhlükəsizliyi, və ya İT sahəsində minimum 3 il iş təcrübəsi;
 - Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
 - Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
 - Yüksək ünsiyyət bacarığı;
 - Məxfilik, diqqət, təhliletmə qabiliyyəti;
 - Windows(AD, DNS, Group Policy), *nix Əməliyyat Sistemləri;
 - Virtualizasiya texnologiyaları(ESXi, Hyper-V);
 - Şəbəkə texnologiyaları;
 - Şəbəkə Firewall-ları, IDS/IPS;
 - Təhlükəsizlik sertifikatları və protokolları/portları;
 - Log/Event faylların araşdırılması;
 - “Endpoint” təhlükəsizliyi;
 - PAM texnologiyaları;
 - SIEM texnologiyaları;
 - DLP texnologiyaları;
 - Veb tətbiq Firewall-ları (WAF);
 - İT üzrə beynəlxalq sertifikatların/şəhadətnamələrin mövcudluğuna üstünlük verilir.
 
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
 - Korporativ nömrə ilə təmin olunma ;
 - Bazar rəqabətli əmək haqqı;
 - İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
 
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “İnformasiya texnologiyaları təhlükəsizliyi üzrə Baş mütəxəssis” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.
Risklərin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis
Son tarix 16 fev 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Əməliyyat risklərinin təhlili, icrası və hesabatlığının aparılması;
 - Müxtəlif ssenarilər üzrə cəmiyyətin risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
 - Cəmiyyətin məhsul, xidmətlərinin və proseslərinin risk yönümlü təhlili;
 - Risklərin idarə olunması üzrə (limit, səlahiyyət təyini və risk indikatorların yaradılması) təkliflərin verilməsi;
 - Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatların hazırlanması;
 - Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək.
 
Vəzifə üzrə tələblər:
- Minimum 2-3 il iş təcrübəsi olan (Maliyyə, bank əməliyyatları, əməliyyat risklərin idarə olunması sahəsi üzrə arzuolunandır);
 - Yüksək səviyyədə MS Excel bilikləri (Power BI proqram – üstünlük verilir);
 - Komandada işləmək bacarığı;
 - Təqdimat və ünsiyyət bacarığı;
 - Yüksək səviyyədə analitik düşüncə qabiliyyəti;
 - Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili -orta səviyyədə;
 - Sürətli öyrənmə qabiliyyəti;
 - Stresə dözümlük, gərgin iş rejimində işləmək bacarığı.
 
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
 - Korporativ nömrə ilə təmin olunma ;
 - Bazar rəqabətli əmək haqqı;
 - İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
 
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Risklərin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







